
Honor brendi Çində keçirilmiş xüsusi tədbir çərçivəsində iki yeni smartfonu təqdim etdi. Onlar Play və 9i adlanırlar. Sözügedən smartfonlar ilk cihazlardır ki, GPU Turbo texnologiyasını dəstəkləyirlər. Bu texnologiya sayəsində smartfonların qrafik göstəriciləri 60% artır, enerji sərfiyyatı isə 30% aşağı düşür. Hər iki samrtfon çərçivəsiz dizaynda hazırlanıb, Honor Play isə üstəlik flaqman özəlliklərə sahibdir. Beləliklə Honor Play 19:9 nisbətli 2280x1080 piksel ke ...

Bir vaxtlar vikinqlər və əjdahalar bir arada harmoniya içərisində yaşayaraq öz sevinclərini bölüşürdülər. Lakin sonradan White Night Fury əjdahasının tapılması adadakı həyatı tamamilə dəyişir və vikinqlər ilə əjdahalar yeni düşmənlə qarşılaşırlar. Həmin düşmən bütün əjdahaları məhv etməyə söz verib. How to Train Your Dragon: The Hidden World animasiya filminin premyerası gələn ilin Yanvar ayında baş tutacaq. ...

iOS 12-nin beta versiyasının dünən təqdim olunmasına baxmayaraq tərtibatçı Guilherme Rambo artıq onu yaxşıca incələyib. Beləliklə o, çoxdan bəri barəsində şayiələr gəzən bir mövzunun təsdiqini tapıb. Belə ki, iPad-ə ekran üzərində çıxıntı və Face ID texnologiyası həqiqətən də gələcək. Tərtibatçının təqdim etdiyi videodan da görmək olar ki, iOS 12 iPad üçün Face ID texnologiyasının gizli kodunu özündə birləşdirir. Bura həmçinin istifadəçi interfe ...

Microsoft şirkəti Şotlandiyanın Orkney adaları yaxınğılında dənizin 35.5 metr dərinliyində 864 serverdən ibarət olan sualtı data mərkəzini quraşdırıb. Data mərkəz sualtı kabellər vasitəsilə enerji əldə edir və həmin kabellər vasitəsilə internetə qoşulub. Plana əsasən serverlər dəniz suyundan soyutma sistemi kimi istifadə edəcəklər. Bu isə serverlərin saxlanmasına xərclənən vəsaitin aşağı salınmasına gətirib çıxaracaq. Qeyd etmək lazımdır ki, məhz data serverlərin ...

Apple şirkəti tərtibatçılar üçün keçirtdiyi WWDC 2018 tədbiri çərçivəsində yeni iOS 12 əməliyyat sistemini təqdim etdi. Şirkətin verdiyi məlumata əsasən yeni iOS versiyası hətta köhnə model iPhone-ların da güclərini artıracaq. Məsələn iOS 11-dən fərqli olaraq iPhone 6 Plus modelində tətbiqlər 40%, klaviatura 50%, kamera interfeysi isə 70% daha sürətlə işə düşəcək. Optimizasiyadan əlavə iOS 12 bir sıra yeni funksiyaları da özü ilə gətirib. Arıtırlmış ...

Whatsapp messencerinin təsisçiləri Jan Koum və Brian Acton Facebook şirkətindən gedərək ümumilikdə 1.3 milyard dollarlıq mükafatdan məhrum oldular. Onlar bu ilin Noyabr ayına kimi şirkətdə qalsaydllar həmin məbləği əldə edə biləcəkdilər. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Söhbət onların Noyabrda bitəcək müqavilələrin qarşılığında veriləcək səhmlərdən gedir. Brian Acton şirkətdən 2017-ci ilin Sentyabr ayında getdi və məlumata əsasən 900 mily ...

1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyində özünə sığınacaq tapır. Charlie adlı qızın 18 yaşı tamam olmaq üzrədir və o, həyatdakı öz yerini axtarır. Nəticədə məhz Charlie Bumblebee-ni tapır. Lakin sonradan ona aydın olur ki, bu heç də sadə Volkswagen avtomobili deyil. Rejissoru Travis Knight-ın olduğu filmdə baş rolları Hailee Steinfeld, John Cena, Martin Short, Pamela Adlon, Megyn Price və digərləri c ...

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Instagram fotoservisə yerləşdirilən videoların xronometrajını əhəmiyyətli şəkildə uzatmağı planlaşdırır. Bu isə öz növbəsində istifadəçilər üçün yeni yaradıcılıq imkanları verəcək və Instagram-ın özünü YouTube servisinə yaxın edəcək. Yeni funksiya şaquli videolara şamil olunacaq. Instagram Stories artıq bu cür videoformat üzərində testlər edir. Daha uzun videoların yalnız Stories bölməsində və ya əsas səhifə ...

Uber şirkəti Travis Kalanick-in başçılığı vaxtında qarşılaşdığı qalmaqallar nəticəsində zədələnmiş nüfuzunu bərpa etmək üçün bu ilin sonuna kimi yeni reklam kampaniyasına 500 milyon dollar xərcləyəcək. Bu barədə The Information saytı xəbər verib. Sözügedən reklam kampaniyası keçən ay başlayıb. Kampaniyanın ilkin mərhələsində ABŞ telekanallarında şirkətin hal hazırki CEO-su olan Dara Khosrowshahi-nin əks olunduğu reklam videoları əks olunub. Həmi ...

Son bir neçə həftə ərzində Lenovo şirkəti özünün yeni smartfonu olan Z5 modeli ilə maraqları cəlb edirdi. Şirkət söz verirdi ki, Lenovo Z5 sözün əsl mənasında tam ekranlı (çərçivəsiz və ekran üzərində çıxıntısız) ilk smartfon olacaq. Bugün Pekində sözügedən smartfonun təqdimatı keçirildi və məlum oldu ki, Lenovo onun dizaynı barəsində hiyləgərlik işlədib. Bəli, smartfon ekran üzərində çıxıntı ilə təchiz olunub və onun aşağı hissəsində nəzərə çar ...