Məşhur iFixit saytının mütəxəssisləri yenicə təqdim olunmuş OnePlus 6 smartfonunun hissələrə ayrılması üzrə hesabat veriblər. iFixit mütəxəssisləri ənənəvi olaraq smartfonun daxilini incələmiş, onun yığılmasını və təmir olunma mümkünlüyünü qiymətləndirmişlər. Bu barədə Phonearena saytı xəbər verib. OnePlus 6 şirkətin ilk smartfonudur ki, şüşəli arxa panelə sahibdir. Buna baxmayaraq onun korpusdan ayrılması digər model smartfonlardan fərqli olaraq daha asandı ...
ABŞ-ın məşhur Forbes jurnalı dünyanın ən bahalı 100 brendinin reytinqini tərtib edib. Həmin reytinqə Google, Microsoft, Facebook və Amazon şirkətləri də daxil olublar. Lakin artıq 8-ci ildir ki, sözügedən reytinqin birinci yerində məhz Apple şirkəti qərarlaşır. Beləliklə Forbes jurnalı Apple brendini 182.8 milyard dollar dəyərində qiymətləndirib. Yəni şirkətin qiyməti keçən ilki göstərici ilə müqayisədə 8% artıb. İkinci yeri artıq 3-cü ildir ki, Google ...