Uber öz nüfuzunun bərpası üçün 500 milyon dollarlıq reklam kampaniyasına start verib (VİDEO)



    Uber şirkəti Travis Kalanick-in başçılığı vaxtında qarşılaşdığı qalmaqallar nəticəsində zədələnmiş nüfuzunu bərpa etmək üçün bu ilin sonuna kimi yeni reklam kampaniyasına 500 milyon dollar xərcləyəcək. Bu barədə The Information saytı xəbər verib. Sözügedən reklam kampaniyası keçən ay başlayıb. Kampaniyanın ilkin mərhələsində ABŞ telekanallarında şirkətin hal hazırki CEO-su olan Dara Khosrowshahi-nin əks olunduğu reklam videoları əks olunub.

    Həmin videolarda Dara əməkdaşlar, sürücülər və sərnişinlər üçün ən yaxşı mədəniyyəti yaradacağına söz verib. “Uber-in əsas dəyərlərindən biri də həmişə düzgün qərar verməkdir. Bizim səhv etdiyimiz zamanlar olub. Lakin biz geri dönüş üçün açığıq. Biz problemlərin məsuliyyətini öz boynumuza götürərək onları həll etməyə hazırıq” – deyə Dara bildirib. Bu aydan başlayaraq Uber aktiv şəkildə internetdə, və bütün dünya üzrə reklam bannerləri vasitəsilə reklam olunacaq. “2-3 il bundan öncə insanlarda Uber barəsində mənfi fikirlərin olması faktı bizim brendimizə və biznesimizə zərər verir. Biz bunu dəyişməliyik” – deyə Dara bildirib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Olymp Casino