
LG şirkəti rəsmi olaraq LG V35 ThinQ smartfonunu təqdim etdi. Xarici görünüşcə yeni smartfon LG G7 ThinQ modelinə bənzəsə də ondan bir qədər fərqlənir. Belə ki, LG V35 ThinQ modelinin arxa panelindəki ikili kamera üfüqi şəkildə yerləşdirilib və onun ekranın üzərində LG G7 ThinQ modelindəki kimi çıxıntı hissəsi yoxdur. Yeni smartfon şüşədən hazırlanmış arxa qapağa və metal çərçivələrə sahibdir. Bununla yanaşı LG V35 ThinQ IP68 standartı üzrə sudan və tozdan q ...

Bu ayın əvvəlində baş tutmuş Facebook F8 konfransında Mark Zuckerberg bildirmişdi ki, yaxın müddətdə məşhur Whatsapp messencerinə qrup audio və videozəngləri funksiyası əlavə olunacaq. Bu funksiya barəsində son zamanlar bir çox məlumatlar yayılmışdı. Ona görə də funksiyanın tədricən aktiv olunması heç kim üçün sürpriz olmadı. Beləliklə son bir neçə gün ərzində sözügedən funksiya messencerin iOS və Android versiyalarında tədricən aktiv edilməyə başladı. Lakin ...

Son bir neçə həftə ərzində Lenovo şirkəti özünün yeni smartfonu olan Z5 modeli ilə maraqları cəlb edirdi. Şirkət söz verirdi ki, Lenovo Z5 sözün əsl mənasında tam ekranlı (çərçivəsiz və ekran üzərində çıxıntısız) ilk smartfon olacaq. Bugün Pekində sözügedən smartfonun təqdimatı keçirildi və məlum oldu ki, Lenovo onun dizaynı barəsində hiyləgərlik işlədib. Bəli, smartfon ekran üzərində çıxıntı ilə təchiz olunub və onun aşağı hissəsində nəzərə çar ...

İnsanlar süni zəkaya öz ərazilərində uduzurlar. Kompüterlər artıq bizlərə şahmat, go, poker və hətta Dota 2 kimi oyunlarda qalib gəlirlər. Biz bu qarşıdurmanın qısa təhlilini sizə təqdim edir və müəyyən etməyə çalışırıq ki, oyun alqoritmləri gələcəkdə hansı tətbiqi vəzifələri yerinə yetirə biləcəklər. Radioidarəedici sistemlərdən birini ixtira etmiş ispaniyalı mühəndis və riyaziyyatçı Leonardo Torres de Quevedo 1914-cü ildə şahmat avtomatını təq ...

GizChina.it saytının verdiyi məlumata görə Xiaomi şirkətinin online mağazasında yeni Mi Band fitnes qoılbağının səhifəsi ortaya çıxıb. Həmin səhifə yeni nəsil qolbağın texniki göstəriciləri barəsində məlumat verməsə də onun qiymətini ortaya qoyub. Beləliklə Mi Band 3 fitnes qolbağı Çin bazarında 26$ qiymətinə satılacaq. Hal hazırki Mi Band 2 modeli 22-24$ qiymətinə satılır. Məlumatlara əsasən Mi Band 3 bir qədər böyüdülmüş OLED ekran, xüsusi jestlərlə idarəet ...

Çinin SenseTime adlı süni zəka startapı ikinci investisiya raundunda 620 milyon dollar investisiya cəlb etdiyini bildirib. Beləliklə stgartapın qiyməti artıq 4.5 milyard dollar təşkil edir. Bu nəticə ilə o, dünyanın ən bahalı süni zəka startapı hesab edilir. Qeyd etmək lazımdır ki, SenseTime şirkəti hələ Aprel ayında 600 milyon dollar investisiya əldə etmişdi. Həmin vaxtda startapın dəyəri 3.5 milyard dollar təşkil edirdi. Sonuncu investisiya ra ...

Apple şirkəti tərtibatçılar üçün keçirtdiyi WWDC 2018 tədbiri çərçivəsində yeni iOS 12 əməliyyat sistemini təqdim etdi. Şirkətin verdiyi məlumata əsasən yeni iOS versiyası hətta köhnə model iPhone-ların da güclərini artıracaq. Məsələn iOS 11-dən fərqli olaraq iPhone 6 Plus modelində tətbiqlər 40%, klaviatura 50%, kamera interfeysi isə 70% daha sürətlə işə düşəcək. Optimizasiyadan əlavə iOS 12 bir sıra yeni funksiyaları da özü ilə gətirib. Arıtırlmış ...

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan məşhur taksi servisi olan Uber-in ölkədə fəaliyyətini qadağan etdi və yerli taksi sisteminə dəstəyini açıqladı. “Türkiyədə olan Uber biznesinə son qoyuldu. O artıq yoxdur” – deyə prezident bildirib. Türkiyə lideri onu da bildirib ki, ölkədə artıq yerli taksi sistemi fəaliyyət göstərir və özəl avtomobil sisteminin türkiyəli taksistlərin biznesini məhv etməyə heç kim icazə verməyəcək. Qeyd etmək lazımdır ki, Uber Türk ...

Microsoft şirkəti Şotlandiyanın Orkney adaları yaxınğılında dənizin 35.5 metr dərinliyində 864 serverdən ibarət olan sualtı data mərkəzini quraşdırıb. Data mərkəz sualtı kabellər vasitəsilə enerji əldə edir və həmin kabellər vasitəsilə internetə qoşulub. Plana əsasən serverlər dəniz suyundan soyutma sistemi kimi istifadə edəcəklər. Bu isə serverlərin saxlanmasına xərclənən vəsaitin aşağı salınmasına gətirib çıxaracaq. Qeyd etmək lazımdır ki, məhz data serverlərin ...

Müasir smartfonlarda böyük ekran trendinə baxmayaraq BlackBerry brendi Çinin TCL şirkətinin rəhbərliyi altında fiziki QWERTY klaviaturalı smartfonları istehsal etməkdə davam edir. Təqdim olunmuş yeni BlackBerry KEY2 smartfonu müasir trendlərlə müqayisədə 1620x1080 piksel keyfiyyətli 4.5 inç IPS ekranla təchiz olunub. Ekran həmçinin Gorilla Glass 3 qoruyucu şüşə ilə əhatə polunub. Korpusun əsas çərçivələri alüminium, arxa paneli isə Soft-touch plastikindən ha ...