iOS 12 ekran üzərində çıxıntı və Face ID'yə sahib iPad modelini təsdiqləyib (VİDEO)



    iOS 12-nin beta versiyasının dünən təqdim olunmasına baxmayaraq tərtibatçı Guilherme Rambo artıq onu yaxşıca incələyib. Beləliklə o, çoxdan bəri barəsində şayiələr gəzən bir mövzunun təsdiqini tapıb. Belə ki, iPad-ə ekran üzərində çıxıntı və Face ID texnologiyası həqiqətən də gələcək. Tərtibatçının təqdim etdiyi videodan da görmək olar ki, iOS 12 iPad üçün Face ID texnologiyasının gizli kodunu özündə birləşdirir.

    Bura həmçinin istifadəçi interfeysi və ona uyğun ayarlar menyusu da daxildir. Videoya diqqətnən baxanda görmək olar ki, saat artıq ekranın ortasında deyil yuxarı sol hissədə yerləşir. Bu isə o deməkdir ki, iPad-in ekranının yuxarı orta hissəsi çıxıntı ilə təchiz olunacaq. Face ID texnologiyasına sahib iPad-ın satışa çıxacağını bir çox mütəxəssislər öncədən bildirmişdilər. İndi isə əminliklə demək olar ki, bu sadəcə zaman məsələsidir. Çox güman ki, bu cür iPad Sentyabr ayında yeni iPhone modelləri ilə birlikdə təqdim olunacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar