Apple şirkəti iOS 12-ni təqdim etdi



    Apple şirkəti tərtibatçılar üçün keçirtdiyi WWDC 2018 tədbiri çərçivəsində yeni iOS 12 əməliyyat sistemini təqdim etdi. Şirkətin verdiyi məlumata əsasən yeni iOS versiyası hətta köhnə model iPhone-ların da güclərini artıracaq. Məsələn iOS 11-dən fərqli olaraq iPhone 6 Plus modelində tətbiqlər 40%, klaviatura 50%, kamera interfeysi isə 70% daha sürətlə işə düşəcək. Optimizasiyadan əlavə iOS 12 bir sıra yeni funksiyaları da özü ilə gətirib.


Arıtırlmış reallıq:



    Apple şirkəti AR faylların göndərilməsi üçün yeni USDZ formatını təqdim edib. Tərtibatçılar üçün isə ARKit 2 aktivdir. Yeni platformada ilk tətbiqi yaratmış şirkət LEGO olub. Bundan sonra istifadəçilər biri 9.99$-dan olan virtual konstruktorları alaraq onları artırılmış reallıqda yığa biləcəklər. Yeni iOS versiyasında həmçinin kamera vasitəsilə obyektlərin ölçülərini təyin etmək üçün Measure tətbiqi də yerləşdirilib.


Foto:



    iOS 12-də tərtibatçılar foto üzrə axtarış sistemini təkmilləşdiriblər. Bundan sonra istifadəçilər fotoları hadisələr, obyektlər və məşğuliyyətlər üzrə axtara biləcəklər. Tətbiqdə həmçinin “For You” adlı yeni qovluq da yaradılıb. Həmin qovluqda Google Photo-daki kimi hər bir istifadəçi üçün individual ehtimal fotolar yer alır. iOS 12-nin daha bir özəlliyi də ondan ibarətdir ki, sistem fotoda aşkar etdiyi şəxslərlə həmin fotonu paylaşmağı təklif edir.



Siri:



    Siri yeni Shortcutsadlı funksiyaya sahib olub. Onun sayəsində istifadəçi müəyyən əmr üçün Siri-yə ardıcıl əməliyyatlar təyin edə bilər. Məsələn əgər istifadəçi “evə çatmaq” nişanını yaratsa, Siri həmin cümlənin istifadəçi tərəfindən həmişə deyiləcəyi halında hava proqnozunu təqdim edəcək və ya radionu işə salacaq. Bildirişlər bölməsində Siri ehtimalları əlavə olunub. Bundan sonra səsli köməkçi hansısa yaxın şəxsin ad günü olanda ona zəng etmək barədə istifadəçini məlumatlandıracaq. Bundan əlavə olaraq iOS 12 istifadəçinin vərdişlərini də yadında saxlayacaq. Məsələn əgər istifadəçi hər səhər qəhvə içirsə Siri qəhvə almağı istifadəçinin yadına salacaq.



Sistem funksiyaları:



    iOS-də olan iMessage messenceri 4 yeni Animoji-yə sahib olub. iPhone X istifadəçiləri isə Mimoji adlı personallaşdırılmış emojiləri yarada biləcəklər. Yaradılmış animasiyalı emojiləri birbaşa selfie fotoların üzərinə mətn və filtr effektlər ilə birlikdə yerləşdirmək olacaq. FaceTime 32 nəfərə kimi qrup zəngləri funksiyasını əldə edib və iMessage ilə inteqrasiya olunub. Zəng zamanı istifadəçi öz üzünü Animoji və ya yaratmış olduğu Mimoji ilə əvəz edə bilər. iOS 12, iOS 11 ilə çalışan bütün cihazlarda dəstəklənəcək. Əməliyyat sisteminin final versiyası payız fəslində təqdim olunacaq. Onun test versiyası isə yaxın zamanda aktiv olacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar