loading...

Instagram'a 1 saatlıq videoların dəstəyi gələ bilər



    The Wall Street Journal-ın verdiyi məlumata əsasən Instagram fotoservisə yerləşdirilən videoların xronometrajını əhəmiyyətli şəkildə uzatmağı planlaşdırır. Bu isə öz növbəsində istifadəçilər üçün yeni yaradıcılıq imkanları verəcək və Instagram-ın özünü YouTube servisinə yaxın edəcək. Yeni funksiya şaquli videolara şamil olunacaq. Instagram Stories artıq bu cür videoformat üzərində testlər edir. Daha uzun videoların yalnız Stories bölməsində və ya əsas səhifədə olub-olmayacağı barəsində heç bir məlumat yoxdur. Hal hazırda Instagram Stories-ə yalnız 15 saniyəlik videoları, əsas səhifəyə isə 60 saniyəlik videoları yükləmək mümkündür. Keçən ilin Noyabr ayındakı göstəricilərə əsasən Instagram Stories-in 300 milyon aktiv istifadəçi kütləsi var. Instagram-ın öz məlumatlarına əsasən isə bu istifadəçi kütləsinin sayı 800 milyondur.




Detallı məlumat

Statistika
Xəbərlər: 7870
+0

Rəylər: 13316
+0

İstifadəçilər: 48721
+3


Qrup üzrə:
Adminlər: 7
Redaktorlar: 4
Jurnalistlər: 0
Təsdiqlənmiş istifadəçilər: 0
İstifadəçilər: 48709

Vaxt üzrə:
Bu gün: 3
Dünən: 4
Həftə ərzində: 7
Ay ərzində: 32

Qeyd: E-mail hesabları hazırda işlək olmayan istifadəçilərin hesabları hissə-hissə olaraq silinəcək. Təxmini hesablamalara görə 60 mindən çox qeydiyyatlı istifadəçinin 20-30 mini saytımızdan silinəcək.
Biz sosial şəbəkələrdə
Sayğaclar