
Məşhur iFixit saytının mütəxəssisləri yenicə təqdim olunmuş OnePlus 6 smartfonunun hissələrə ayrılması üzrə hesabat veriblər. iFixit mütəxəssisləri ənənəvi olaraq smartfonun daxilini incələmiş, onun yığılmasını və təmir olunma mümkünlüyünü qiymətləndirmişlər. Bu barədə Phonearena saytı xəbər verib. OnePlus 6 şirkətin ilk smartfonudur ki, şüşəli arxa panelə sahibdir. Buna baxmayaraq onun korpusdan ayrılması digər model smartfonlardan fərqli olaraq daha asandı ...

Warner Bros. şirkəti IO Interactive studiyası ilə birlikdə rəsmi olaraq Hitman 2 oyununu anons etdi. 2016-cı ildə satışa çıxmış Hitman oyunundan fərqli olaraq yeni oyun epizodik formatda satışa çıxmayacaq. Əgər yadınızdadırsa həmin Hitman oyununun hər bir yeni epizodunu oyunçu almaq məcburiyyətində qalırdı. Yeni oyunda isə studiya bu cür formatdan imtina edib. Bu isə o deməkdir ki, oyunu alacaq oyunçular onu tam versiyada əldə edəcəklər. Süjet xətti cəhətdən ...

Tesla və SpaceX şirkətlərinin təsisçisi Elon Musk müasir jurnalistikanı sərt şəkildə tənqid edib və jurnalistlərə güvən səviyyəsinin qiymətləndirilməsi üçün nəzərdə tutulacaq Pravda adlı saytı işə salacağını bildirib. Bu barədə o öz Twitter hesabında xəbər verib. İlk öncə Musk müasir jurnalistikanın vəziyyətini KİV-də (Kütləvi İnformasiya Vasitələri) Tesla barəsində mənfi rəylər bildirən jurnalistlərin fonunda sərt tənqid edib. Onun fikrincə məqalələrdəki ne ...

Uber şirkəti Travis Kalanick-in başçılığı vaxtında qarşılaşdığı qalmaqallar nəticəsində zədələnmiş nüfuzunu bərpa etmək üçün bu ilin sonuna kimi yeni reklam kampaniyasına 500 milyon dollar xərcləyəcək. Bu barədə The Information saytı xəbər verib. Sözügedən reklam kampaniyası keçən ay başlayıb. Kampaniyanın ilkin mərhələsində ABŞ telekanallarında şirkətin hal hazırki CEO-su olan Dara Khosrowshahi-nin əks olunduğu reklam videoları əks olunub. Həmi ...

Çinin SenseTime adlı süni zəka startapı ikinci investisiya raundunda 620 milyon dollar investisiya cəlb etdiyini bildirib. Beləliklə stgartapın qiyməti artıq 4.5 milyard dollar təşkil edir. Bu nəticə ilə o, dünyanın ən bahalı süni zəka startapı hesab edilir. Qeyd etmək lazımdır ki, SenseTime şirkəti hələ Aprel ayında 600 milyon dollar investisiya əldə etmişdi. Həmin vaxtda startapın dəyəri 3.5 milyard dollar təşkil edirdi. Sonuncu investisiya ra ...

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Instagram fotoservisə yerləşdirilən videoların xronometrajını əhəmiyyətli şəkildə uzatmağı planlaşdırır. Bu isə öz növbəsində istifadəçilər üçün yeni yaradıcılıq imkanları verəcək və Instagram-ın özünü YouTube servisinə yaxın edəcək. Yeni funksiya şaquli videolara şamil olunacaq. Instagram Stories artıq bu cür videoformat üzərində testlər edir. Daha uzun videoların yalnız Stories bölməsində və ya əsas səhifə ...
İnternetdə Google Pixel 3 XL modelinin qeyri-rəsmi real fotoları yayılıb. Yayılmış fotolar sözügedən smartfonun bütün tərəflərini sərgiləyir. Fotolara baxan kimi nəzərə çarpan bir özəlliyi görmək olar. Söhbət, ekran üzərindəki çıxıntıdan gedir. Fotolardan belə qənaətə gəlmək olar ki, smartfon ön panel tərəfdən iki səsgücləndiriciyə və ikili ön kameraya sahib olacaq. Arxa paneldə bir ədəd kamera və barmaq izi skanı texnologiyası yerləşdirilib. Həmçinin qulaql ...

Keçən həftə internetdə Xiaomi şirkətinin yeni smartfon modelinin fotoları yayılmışdı. Həmin fotolarda əks olunmuş smartfonun ekranının üzərində çıxıntı hissəsi var idi. Fotoların yayılmasından sonra məlumat ortaya çıxdı ki, həmin smartfon Xiaomi Redmi 6-dır. Bəzi mənbələr isə qeyd etdilər ki, bu, Redmi Note 6 Pro-dur. İndi isə həmin smartfonun digər fotoları və texniki özəllikləri Çinin TENAA komissiyasının saytında ortaya çıxıb. Beləliklə smartfon metal kor ...

Fortnite oyununun hal hazırki məşhurluğunu nəzərə alsaq, bir çox istifadəçilər bu oyunun mobil versiyasını axtarırlar. Həmçinin oyunun yaradıcısı Epic Games studiyası bir neçə müddət bundan əvvəl bildirmişdi ki, oyunun Android versiyası yay fəslində təqdim olunacaq. Lakin sizə ehtiyyatlı olmağı məsləhət görürük. Belə ki, oyun hələki Android üçün çıxmayıb və qarşınıza Fortnite adı ilə çıxacaq istənilən tətbiq və ya mobil oyun sadəcə saxtadır və zərərli virusl ...

Microsoft şirkəti İT layihələrin kodlarının saxlanması üçün nəzərdə tutulmuş GitHub platformasını aldığını təsdiqlədi. Müqavilənin dəyəri 7.5 milyard dollar təşkil edib. Microsoft bu məbləği səhmlər şəklində ödəyəcək. Öz növbəsində Microsoft açıq mənbə kodlu layihələrin inkişafını hədəfləyir. Bu barədə şirkətin CEO-su Satya Nadella bildirib. O əlavə edib ki, Microsoft şirkəti GitHub tərtibatçılarının istifadə etdikləri proqramlaşdırma dilləri, texnologiyalar ...