Dünyanın ən bahalı süni zəka startapı SenseTime bir neçə aya 1.2 milyard dollar investisiya aldı



    Çinin SenseTime adlı süni zəka startapı ikinci investisiya raundunda 620 milyon dollar investisiya cəlb etdiyini bildirib. Beləliklə stgartapın qiyməti artıq 4.5 milyard dollar təşkil edir. Bu nəticə ilə o, dünyanın ən bahalı süni zəka startapı hesab edilir. Qeyd etmək lazımdır ki, SenseTime şirkəti hələ Aprel ayında 600 milyon dollar investisiya əldə etmişdi. Həmin vaxtda startapın dəyəri 3.5 milyard dollar təşkil edirdi.

    Sonuncu investisiya raundunda Fidelity International, Hopu Capital, Silver Lake, Tiger GlobalQualcomm Ventures kimi fondlar iştirak ediblər. Əldə olunmuş yeni investisiyaları SenseTime tədqiqat və istehsalat mərkəzlərinin inkişafı və yeni mütəxəssislərin axtarışı üçün istifadə edəcək. SenseTime böyük həcmli məlumatlar üçün insan üzlərinin və fotoların təyin olunmasında istifadə olunan sistemləri hazırlayır.

    Şirkət həmçinin bütün Çin üzrə polis bölmələri ilə də əməkdaşlıq edir. Bununla da şirkət insanlar arasında cinayətkarları yaxalamaqda polislərə yardımçı olur. SenseTime süni zəkadan kameralara düşmüş təsvirin və kadra düşmüş hər hansısa insanın şəxsiyyətinin sürətli təyin olunması üçün istifadə edir. Məlumata əsasən son 3 il ərzində SenseTime şirkətinin biznesi hər il 400% artır. 2018-ci ilin əvvəli ilə müqayisədə şirkət bu ay 10 dəfə daha çox gəlir əldə edib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
best Valorant hacks