Galaxy S9-dan daha yaxşı: OnePlus 6-nın təmir olunma mümkünlüyü yoxlanıldı



    Məşhur iFixit saytının mütəxəssisləri yenicə təqdim olunmuş OnePlus 6 smartfonunun hissələrə ayrılması üzrə hesabat veriblər. iFixit mütəxəssisləri ənənəvi olaraq smartfonun daxilini incələmiş, onun yığılmasını və təmir olunma mümkünlüyünü qiymətləndirmişlər. Bu barədə Phonearena saytı xəbər verib. OnePlus 6 şirkətin ilk smartfonudur ki, şüşəli arxa panelə sahibdir. Buna baxmayaraq onun korpusdan ayrılması digər model smartfonlardan fərqli olaraq daha asandır.


    Məsələ burasındadır ki, şirkət barmaq izi skanı texnologiyasına qoşulmaq üçün uzun naqildən istifadə edib. Beləliklə onun sayəsində arxa qapağın ayrılması zamanı onu zədələmək bir qədər qəlizdir. Bununla yanaşı smartfonun batareyası da çox rahatlıqla çıxarılır. Ana plataya çatmaq üçün 10 standart Phillips vintini çıxartmaq lazımdır. Buna görə də ana platanın çıxarılması üçün xüsusi avadanlığa ehtiyac yoxdur.


    Korpusun daxilində detalların sudan qorunması üçün xüsusi qoruyucu aşkar edilib. Lakin smartfonun suya salınması rəsmi olaraq qeyd olunmayıb. OnePlus 6-nın təmirindəki ən qəliz mərhələ məhz ekranın dəyişilməsindədir. Belə ki, smartfonun ekranı korpusa çoxlu miqdarda kley ilə bərkidilib. Buna görə də onun korpusdan ayrılması zamanı onu zədələmək ehtimalı çox böyükdür. Beləliklə nəticədə OnePlus 6 iFixit mütəxəssisləri tərəfindən təmir olunma mümkünlüyü üzrə 10 xaldan 5-nə layiq görülüb.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar