Ekran üzərində çıxıntıya sahib Xiaomi Redmi 6-nın foto və texniki göstəriciləri sızdırıldı



    Keçən həftə internetdə Xiaomi şirkətinin yeni smartfon modelinin fotoları yayılmışdı. Həmin fotolarda əks olunmuş smartfonun ekranının üzərində çıxıntı hissəsi var idi. Fotoların yayılmasından sonra məlumat ortaya çıxdı ki, həmin smartfon Xiaomi Redmi 6-dır. Bəzi mənbələr isə qeyd etdilər ki, bu, Redmi Note 6 Pro-dur. İndi isə həmin smartfonun digər fotoları və texniki özəllikləri Çinin TENAA komissiyasının saytında ortaya çıxıb. Beləliklə smartfon metal korpusa sahib olacaq.


    O, 19:9 nisbətli 2280x1080 piksel keyfiyyətli 5.84 inç ekran, 2.0 GHz tezlikdə çalışan 8 nüvəli prosessor (smartfon Snapdragon 625 prosessoruna da sahib ola bilər), 2/3/4 GB RAM, 16/32/64 GB daxili yaddaş, 12 MP-lik ikili arxa kamera, 5 MP-lik ön kamera və 3900 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xiaomi Redmi 6 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Xiaomi şirkəti sözügedən modeli 31 May tarixinə planlaşdırdığı tədbirdə təqdim edə bilər. Qeyd etmək lazımdır ki, şirkətin Redmi seriyası büdcəli smartfonlar modelləri ilə zəngindir. Bu seriyanın ən məşhur modeli isə Xiaomi Redmi 5A-dır. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar