
Keçən həftə internetdə Xiaomi şirkətinin yeni smartfon modelinin fotoları yayılmışdı. Həmin fotolarda əks olunmuş smartfonun ekranının üzərində çıxıntı hissəsi var idi. Fotoların yayılmasından sonra məlumat ortaya çıxdı ki, həmin smartfon Xiaomi Redmi 6-dır. Bəzi mənbələr isə qeyd etdilər ki, bu, Redmi Note 6 Pro-dur. İndi isə həmin smartfonun digər fotoları və texniki özəllikləri Çinin TENAA komissiyasının saytında ortaya çıxıb. Beləliklə smartfon metal kor ...

Fortnite oyununun hal hazırki məşhurluğunu nəzərə alsaq, bir çox istifadəçilər bu oyunun mobil versiyasını axtarırlar. Həmçinin oyunun yaradıcısı Epic Games studiyası bir neçə müddət bundan əvvəl bildirmişdi ki, oyunun Android versiyası yay fəslində təqdim olunacaq. Lakin sizə ehtiyyatlı olmağı məsləhət görürük. Belə ki, oyun hələki Android üçün çıxmayıb və qarşınıza Fortnite adı ilə çıxacaq istənilən tətbiq və ya mobil oyun sadəcə saxtadır və zərərli virusl ...

Uber şirkəti Travis Kalanick-in başçılığı vaxtında qarşılaşdığı qalmaqallar nəticəsində zədələnmiş nüfuzunu bərpa etmək üçün bu ilin sonuna kimi yeni reklam kampaniyasına 500 milyon dollar xərcləyəcək. Bu barədə The Information saytı xəbər verib. Sözügedən reklam kampaniyası keçən ay başlayıb. Kampaniyanın ilkin mərhələsində ABŞ telekanallarında şirkətin hal hazırki CEO-su olan Dara Khosrowshahi-nin əks olunduğu reklam videoları əks olunub. Həmi ...

Honor brendi Çində keçirilmiş xüsusi tədbir çərçivəsində iki yeni smartfonu təqdim etdi. Onlar Play və 9i adlanırlar. Sözügedən smartfonlar ilk cihazlardır ki, GPU Turbo texnologiyasını dəstəkləyirlər. Bu texnologiya sayəsində smartfonların qrafik göstəriciləri 60% artır, enerji sərfiyyatı isə 30% aşağı düşür. Hər iki samrtfon çərçivəsiz dizaynda hazırlanıb, Honor Play isə üstəlik flaqman özəlliklərə sahibdir. Beləliklə Honor Play 19:9 nisbətli 2280x1080 piksel ke ...

Tesla və SpaceX şirkətlərinin təsisçisi Elon Musk müasir jurnalistikanı sərt şəkildə tənqid edib və jurnalistlərə güvən səviyyəsinin qiymətləndirilməsi üçün nəzərdə tutulacaq Pravda adlı saytı işə salacağını bildirib. Bu barədə o öz Twitter hesabında xəbər verib. İlk öncə Musk müasir jurnalistikanın vəziyyətini KİV-də (Kütləvi İnformasiya Vasitələri) Tesla barəsində mənfi rəylər bildirən jurnalistlərin fonunda sərt tənqid edib. Onun fikrincə məqalələrdəki ne ...

GizChina.it saytının verdiyi məlumata görə Xiaomi şirkətinin online mağazasında yeni Mi Band fitnes qoılbağının səhifəsi ortaya çıxıb. Həmin səhifə yeni nəsil qolbağın texniki göstəriciləri barəsində məlumat verməsə də onun qiymətini ortaya qoyub. Beləliklə Mi Band 3 fitnes qolbağı Çin bazarında 26$ qiymətinə satılacaq. Hal hazırki Mi Band 2 modeli 22-24$ qiymətinə satılır. Məlumatlara əsasən Mi Band 3 bir qədər böyüdülmüş OLED ekran, xüsusi jestlərlə idarəet ...

Məşhur iFixit saytının mütəxəssisləri yenicə təqdim olunmuş OnePlus 6 smartfonunun hissələrə ayrılması üzrə hesabat veriblər. iFixit mütəxəssisləri ənənəvi olaraq smartfonun daxilini incələmiş, onun yığılmasını və təmir olunma mümkünlüyünü qiymətləndirmişlər. Bu barədə Phonearena saytı xəbər verib. OnePlus 6 şirkətin ilk smartfonudur ki, şüşəli arxa panelə sahibdir. Buna baxmayaraq onun korpusdan ayrılması digər model smartfonlardan fərqli olaraq daha asandı ...

Apple şirkəti öz iPhone modellərində LCD texnologiyadan OLED texnologiyaya keçid prosesindədir. Bu il təqdim olunacaq 3 iPhone modelindən ikisi OLED ekranla təchiz olunacaq. Yeni məlumatlara əsasən şirkət OLED ekrana inteqrasiyanı 2019-cu ildə tamamilə yekunlaşdıracaq. Bu barədə bir neçə mənbə xəbər verib. Maliyyə bazarları bu xəbərə ciddi reaksiya verdilər. Belə ki, sözügedən xəbərin fonunda Japan Display şirkətinin səhmləri 20%, Sharp şirkətinin səhmləri 4 ...

Microsoft şirkəti İT layihələrin kodlarının saxlanması üçün nəzərdə tutulmuş GitHub platformasını aldığını təsdiqlədi. Müqavilənin dəyəri 7.5 milyard dollar təşkil edib. Microsoft bu məbləği səhmlər şəklində ödəyəcək. Öz növbəsində Microsoft açıq mənbə kodlu layihələrin inkişafını hədəfləyir. Bu barədə şirkətin CEO-su Satya Nadella bildirib. O əlavə edib ki, Microsoft şirkəti GitHub tərtibatçılarının istifadə etdikləri proqramlaşdırma dilləri, texnologiyalar ...
İnternetdə Google Pixel 3 XL modelinin qeyri-rəsmi real fotoları yayılıb. Yayılmış fotolar sözügedən smartfonun bütün tərəflərini sərgiləyir. Fotolara baxan kimi nəzərə çarpan bir özəlliyi görmək olar. Söhbət, ekran üzərindəki çıxıntıdan gedir. Fotolardan belə qənaətə gəlmək olar ki, smartfon ön panel tərəfdən iki səsgücləndiriciyə və ikili ön kameraya sahib olacaq. Arxa paneldə bir ədəd kamera və barmaq izi skanı texnologiyası yerləşdirilib. Həmçinin qulaql ...