İnternetdə Google Pixel 3 XL modelinin qeyri-rəsmi real fotoları yayılıb. Yayılmış fotolar sözügedən smartfonun bütün tərəflərini sərgiləyir. Fotolara baxan kimi nəzərə çarpan bir özəlliyi görmək olar. Söhbət, ekran üzərindəki çıxıntıdan gedir. Fotolardan belə qənaətə gəlmək olar ki, smartfon ön panel tərəfdən iki səsgücləndiriciyə və ikili ön kameraya sahib olacaq. Arxa paneldə bir ədəd kamera və barmaq izi skanı texnologiyası yerləşdirilib. Həmçinin qulaqlıqlar üçün girişin də olmaması nəzərə çarpır. Pixel 2 XL-dən fərqli olaraq yeni modeldə SIM kart girişi smartfonun aşağı hissəsində yerləşir. Çox güman ki, bu fotolar smartfonun prototip versiyasına aiddir. Cihazların anonsuna hələ yarım il vaxt var və bu müddət ərzində smartfonda ciddi dəyişikliklər baş verə bilər.