Whatsapp'a qrup audio və videozəngləri funksiyası gəldi



    Bu ayın əvvəlində baş tutmuş Facebook F8 konfransında Mark Zuckerberg bildirmişdi ki, yaxın müddətdə məşhur Whatsapp messencerinə qrup audio və videozəngləri funksiyası əlavə olunacaq. Bu funksiya barəsində son zamanlar bir çox məlumatlar yayılmışdı. Ona görə də funksiyanın tədricən aktiv olunması heç kim üçün sürpriz olmadı. Beləliklə son bir neçə gün ərzində sözügedən funksiya messencerin iOS Android versiyalarında tədricən aktiv edilməyə başladı. Lakin qeyd etmək lazımdır ki, qrup audio və videozəngləri birdən-birə hamı üçün aktiv edilmir.


    Bu yeni funksiya sayəsində istifadəçi digər istifadəçiyə zəng edən zaman messencerin yuxarı sağ hissəsində dəvətetmə düyməsini klik edərək öz kontaktlarından istədiyi şəxsi qrup zənginə əlavə edə bilər. Ümumilikdə qrup zəngində 4 nəfər şəxs iştirak edə bilər. Bu həm audio həmdə videozənglərə aiddir. İstifadəçilərin verdikləri məlumatlara əsasən bu yeni funksiya onlar üçün Whatsapp beta 2.18.162 versiyasında aktiv edilib. Lakin həmin versiyanı işlədən bəzi istifadəçilər də isə həmin funksiya hələ aktiv edilməyib. Messencerin iOS versiyası ilə də vəziyyət eynidir. Beləliklə səbrli olub gözləmək lazımdır. Gec-tez bu yeni funkiya hamı üçün aktiv olunacaq. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
https://yuanpaygroup.site/index.html