Decluttr şirkəti öz müştəriləri arasında maraqlı bir sorğu aparıb. Həmin sorğu əsasında şirkət insanların hansı model smartfon işlədən şəxslərlə görüşmək istədiklərini və görüş zamanı şəxsin nə qədər çox smartfonla əlaqədə olduğunu öyrənmək istəyib. Məlum olub ki,10 insandan 7-i iPhone işlədən şəxslə görüşməyə üstünlük verir. Bununla belə iPhone işlədən şəxslərin 65%-i Android istifadəçilər ilə görüşməyə həvəslidir. Android istifadəçilərin isə 53%-i iOS isti ...
Biz dünənki xəbərimizdə bildirmişdik ki, Avropa komissiyası Google şirkətini 4.3 milyard avro (5 milyard dollar) dəyərində cərimələyib. Bunun səbəbi isə şirkətin antimonopoliya qanunvericiliyini pozması olub. Komissiyanın qərarında bildirilib ki, Google şirkəti Android smartfonlar bazarındakı hegemonluğundan istifadə edərək öz axtarış sisteminin və Chrome brauzerinin inkişafına nail olub. Google şirkətinin CEO-su Sundar Pichai bu məsələ ilə bağlı fikrini art ...
Bir çox məşhur messencerlər öz stikerlərini artıq çoxdandır ki, istifadəyə verib. Bu messencerlərə misal olaraq ICQ, WeChat, Skype, Facebook Messenger və Allo-nu gətirmək olar. Lakin Whatsapp-da sözügedən funksiya nədənsə indiyənə kimi reallaşdırılmayıb. Buna baxmayaraq WABetainfo-nun məlumatlarına əsasən məşhur messencerin 2.18.218 nömrəli beta versiyasında stikerlər funksiyasının izləri aşkar edilib. Qeyd etmək lazımdır ki, Whatsapp üçün sözügedən funksiyan ...
Bugün HMD Global şirkəti Nokia 6.1 Plus modelini təqdim etdi. Yeni smartfon Nokia X6-ya bənzəyir. Lakin ondan 2 özəllik ilə fərqlənir. Belə ki, Nokia 6.1 Plus Android One əməliyyat sistemi əsasında çalışır və Çindən kənarda satılacaq. Yəni sözügedən Nokia modeli qlobal bazarlar üçün nəzərdə tutulub. Beləliklə Nokia 6.1 Plus 19:9 nisbətli 5.8 inç Full HD+ ekran (ekran üzərində çıxıntı var), 8 nüvəli Snapdragon 636 prosessoru, Adreno 509 qrafik sürətləndirici, ...
Appthority şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri korporativ müştərilər üçün potensial təhlükə mənbəyi daşıyan ən təhlükəli mobil tətbiqlərin reytinqini tərtib ediblər. Beləliklə iOS cihazlar üçün ən təhlükəli tətbiqlər arasında birinci yeri Whatsapp, ikinci yeri Facebook Messenger, üçüncü yeri isə Waze adlı naviqasiya tətbiqi tutub. Whatsapp ilə Facebook Messenger həmçinin Android əməliyyat sistemi üçün də ən riskli tətbiqlər siyahısına daxil olub ...
Məşhur Instagram fotoservisi rəsmi olaraq elan edib ki, bundan sonra istifadəçilər öz dostlarından hansılarının online olub-olmadıqlarını görə biləcəklər. Bu yeni funksiya Facebook Messenger-dəki kimi çalışır. Belə ki, sizin Direct-də ünsiyyətdə olduğunuz şəxsin fotosunun altında yaşıl dairəvi işarə əks olunacaq. Əgər siz hansısa səbəbdən sizin dostlarınızın sizin online olub-olmadığınızı görmələrini istəmirsinizsə, bunu istədiyiniz zaman ayarlar vasitəsilə ...
Medison Universitetinin alimləri xəbərdarlıq edirlər: Artıq 2033-cü ilə kimi insanlar internetsiz qala bilərlər. Səbəb isə qlobal istiləşmə və dəniz səviyyəsinin qalxmasıdır. Dəniz sahilinə yaxın yerləşən böyük şəhərlərin infrastrukturları yaxın zaman ərzində su altında qalmaq riskindədirlər. Tədqiqatı aparmış şəxslər ABŞ-dakı vəziyyəti analiz edərək Nyu-York. Mayami və Sietl haqqında danışıblar. Lakin su səviyyəsinin qalxması administrativ sərhədlərə sahib d ...
Bir neçə il bundan öncə Google şirkətinin gizli məhsulu barəsində məlumatlar ortaya çıxmışdı. Söhbət, Fuchsia adlı yeni əməliyyat sistemindən gedir. Güman olunur ki, Android-i əvəz edəcək bu yeni əməliyyat sistemi smartfon, noutbook və hətta ağıllı səsgücləndiricilərdə də çalışa biləcək. İndi isə məlum olub ki, Google şirkətinin Fuchsia əməliyyat sisteminə böyük planları var. Təqribi olaraq 5 ildən sonra bu yeni əməliyyat sistemi Android, Wear OS və Chrome O ...
WARR Hyperloop komandasının mühəndisləri Hyperloop nəqliyyat sisteminin qatarları üçün olan sərnişin kapsulunun sürətini yeni rekord göstəriciyə çatdırıblar. Söhbət, saatda 466.7 km sürətdən gedir. Bundan əvvəlki rekord sürət göstəricisi keçən ilin Dekabr ayında əldə olunmuşdur. Həmin vaxtda Hyperloop One şirkəti özünün sərnişin kapsulunu saatda 386 km sürətə çatdırmışdı. Yeni rekord göstərici Elon Musk-ın SpaceX şirkəti tərəfindən keçirilən Hyperloop Pod Co ...
Hələ keçən ilin Noyabr ayında Tesla şirkətinin smartfonu barəsində məlumatlar ortaya sızdırlmışdı. Beləliklə elektrik avtomobillər ilə məşhurluq qazanmış Tesla şirkəti smartfon bazarına daxil ola bilər. Bugün isə internetə smartfonun ön və arxa panellərinin fotoları yayıldı. Bu isə o deməkdir ki, şirkət smartfon istehsalı ideyasından imtina etməyib. Quadra kod adlı smartfonun hətta aşağı hissəsi də nazik çərçivə ilə əhatə olunub. Smartfonun yuxarı hissəsi isə ...