Çərçivəsiz və çıxıntılı daha bir Nokia: Nokia 6.1 Plus təqdim olundu



    Bugün HMD Global şirkəti Nokia 6.1 Plus modelini təqdim etdi. Yeni smartfon Nokia X6-ya bənzəyir. Lakin ondan 2 özəllik ilə fərqlənir. Belə ki, Nokia 6.1 Plus Android One əməliyyat sistemi əsasında çalışır və Çindən kənarda satılacaq. Yəni sözügedən Nokia modeli qlobal bazarlar üçün nəzərdə tutulub. Beləliklə Nokia 6.1 Plus 19:9 nisbətli 5.8 inç Full HD+ ekran (ekran üzərində çıxıntı var), 8 nüvəli Snapdragon 636 prosessoru, Adreno 509 qrafik sürətləndirici, 4 GB RAM, 64 GB daxili yaddaş (400 GB-a kimi microSD dəstəyi), 16 MP + 5 MP ikili arxa kamera, 16 MP-lik ön kamera və sürətli enerji yığma özəllikli 3060 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Əvvəldə də dediyimiz kimi smartfon təmiz Android əməliyyat sistemi üzərində çalışır. Nokia 6.1 Plus 24 İyul tarixindən satışa çıxacaq. Onun qiyməti isə 300$ təşkil edəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar