Google şirkəti Avropa komissiyasının cəriməsindən sonra Android'i ödənişli edə bilər



    Biz dünənki xəbərimizdə bildirmişdik ki, Avropa komissiyası Google şirkətini 4.3 milyard avro (5 milyard dollar) dəyərində cərimələyib. Bunun səbəbi isə şirkətin antimonopoliya qanunvericiliyini pozması olub. Komissiyanın qərarında bildirilib ki, Google şirkəti Android smartfonlar bazarındakı hegemonluğundan istifadə edərək öz axtarış sisteminin və Chrome brauzerinin inkişafına nail olub. Google şirkətinin CEO-su Sundar Pichai bu məsələ ilə bağlı fikrini artıq bildirib. Avropa komissiyasının mütəxəssislərinin fikrincə Google şirkəti Android smartfonlar bazarındakı hegemonluğundan təkcə öz axtarış sisteminin və Chrome brauzerinin inişafı üçün istifadə etmir. Bununla yanaşı şirkət həmdə smartfon istehsalçılarına da belə üsulla təsir edir.

    Məlumatda bildirilib ki, Google, öz Android versiyalarında smartfon istehsal edən digər şirkətləri məhdudlaşdırır. Bundan əlavə olaraq şirkət rəqiblərin servis və tətbiqlərini deyil öz məhsullarının smartfonlarda yerləşdirilməsi üçün istehsalçılara və mobil operatorlara pul da ödəyir. İndi isə Google şirkəti 90 gün ərzində Avropa komissiyası tərəfindən təyin edilmiş cəriməni ödəməli və komissiyanın şərtlərini yerinə yetirməlidir.


“Əgər smartfon istehsalçıları və mobil şəbəkə operatorları bizim tətbiqlərimizi öz geniş cihazlar siyahısına əlavə etməsələr, bu, Android ekosisteminin balansının pozulmasına gətirib çıxaracaq. Əməliyyat sisteminin hal hazırki biznes modeli bizə ondan istifadə üçün istehsalçılardan ödəniş almamağa və onun idarəolunan yayılma modelindən asılı olmamağa imkan verirdi. Biz narahatıq ki, bugünki qərar bizim Android ilə birgə yaratdığımız balansı pozacaq. Bu həmçinin açıq platformalara deyil, qapalı sistemlərin dəstəyinə olan narahatedici siqnaldır” – deyə Sundar Pichai bildirib.

    Bundan əlavə olaraq o qeyd edib ki, Android əməliyyat sistemi ilə birlikdə şirkət həm istehsalçılar həmdə istifadəçilər üçün geniş seçim azadlığı verir. Lakin Avropa komissiyası bunu nəzərə almır. Sundar Pichai-nin sözlərinə əsasən Avropa komissiyasının qərarı Android-in biznes modelinə təsir edə bilər. Android-in istifadəyə verildiyi vaxtdan bəri Google şirkəti əməliyyat sistemini tamamilə pulsuz yayırdı. Şirkət sadəcə olaraq smartfon stehsalçıları və mobil operatorlardan öz tətbiq və servislərinin cihazlara inteqrasiyasını tələb edirdi. Google şirkətinin əsas gəlir mənbəyi reklamlardır. Avropa komissiyasının tələbləri isə bu imkanın üzərindən xətt çəkir. Bunun nəticəsində şirkət Android-in gəlirli olmasının digər yollarını axtaracaq. Bu üsullardan biri isə Android-dən istifadə üçün istehsalçılara lisenziya tətbiqi ola bilər. Bu isə öz növbəsində smartfonların qiymətlərinə təsir edə bilər.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
Valorant wall hacks