Hyperloop kapsulu yeni rekord sürətə çatdırılıb



    WARR Hyperloop komandasının mühəndisləri Hyperloop nəqliyyat sisteminin qatarları üçün olan sərnişin kapsulunun sürətini yeni rekord göstəriciyə çatdırıblar. Söhbət, saatda 466.7 km sürətdən gedir. Bundan əvvəlki rekord sürət göstəricisi keçən ilin Dekabr ayında əldə olunmuşdur. Həmin vaxtda Hyperloop One şirkəti özünün sərnişin kapsulunu saatda 386 km sürətə çatdırmışdı. Yeni rekord göstərici Elon Musk-ın SpaceX şirkəti tərəfindən keçirilən Hyperloop Pod Competition yarışması çərçivəsində əldə olunub.

    Məlumatda qeyd olunub ki, bu cür rekord sürət 50 kilovatt güclü mühərrikin ümumilikdə gücü 240 kilovatt olan 8 kiçik elektromühərrikləri ilə əvəz olunması nəticəsində əldə olunub. Bununla yanaşı mühəndislər kapsulun aerodinamik özəlliklərini yaxşılaşdırmaq üçün kapsulun formasını da dəyişiblər. Qeyd etmək lazımdır ki, Hyperloop nəqliyyat sistemi ilk dəfə Elon Musk tərəfindən 2012-ci ildə təklif olunmuşdu. Bu nəqliyyat sistemi aerodinamik borulardan və sərnişin kapsullarından ibarətdir. Hal hazırda Hyperloop nəqliyyat sisteminin tikilməsi ilə bir neçə şirkət məşğuldur. Onların arasında Hyperloop Transportation Technoogies və Hyperloop One şirkətləri də var.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar