Smartfonlarla görüş: İnsanlar hansı smartfon istifadəçiləri ilə görüşməyə üstünlük verirlər?



    Decluttr şirkəti öz müştəriləri arasında maraqlı bir sorğu aparıb. Həmin sorğu əsasında şirkət insanların hansı model smartfon işlədən şəxslərlə görüşmək istədiklərini və görüş zamanı şəxsin nə qədər çox smartfonla əlaqədə olduğunu öyrənmək istəyib. Məlum olub ki,10 insandan 7-i iPhone işlədən şəxslə görüşməyə üstünlük verir. Bununla belə iPhone işlədən şəxslərin 65%-i Android istifadəçilər ilə görüşməyə həvəslidir. Android istifadəçilərin isə 53%-i iOS istifadəçilər ilə görüşməyə can atır. Sorğuda iştirak etmiş insanların 40%-nin fikrincə potensial partnyorun işlətdiyi smartfon brendi və modeli həmin şəxs barəsində ilkin baxışın yaranmasında mühüm rol oynayır.

    Bundan əlavə olaraq görüşən şəxslər məhz görüş zamanı öz təəssürratlarını SMS vasitəsilə bölüşməyi sevirlər. Əsasən də əgər görüş onların istədikləri kimi baş tutmursa. O qədər də ürəkaçan bir proses deyilmi? Buna baxmayaraq biz potensial partnyor barəsində fikrin onun hansı smartfon modelindən istifadə etməsi əsasında yaranmasını heç də məsləhət görmürük. Əgər həmin şəxs mütəmadi olaraq öz smartfonundan istifadə edirsə və bununla yanaşı daimi olaraq mənasız selfi fotolar paylaşırsa, bu o deməkdir ki, siz həmin şəxsə sadəcə olaraq maraqlı deyilsiniz. 



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
undetected Valorant cheats