
Süni zəkanın inkişafı böyük məlumatlar bazasının internet nəhənglərinin əllərində cəmləşdiyi üçün məhdudlaşır. Həmin internet nəhəngləri isə süni zəkanın inkişafı üçün çoxlu sayda müxtəlif mütəxəssisləri özlərinə cəlb edirlər. Bu problemi blockchain texnologiyası həll edə bilər. Blockchain texnologiyası səsli köməkçilərə və robotlara bir-birilərinin arasında konsultasiya aparmağa yardımçı ola bilər. Blockchain və süni zəka texnologiyaları müasir dövrün ən məşhur v ...

Android əməliyyat sisteminin yaradıcısı Andy Rubin-in Essential adlı şirkəti qəliz qərarlar vermək məcburiyyətində qalır. Belə ki, smartfon istehsalçısı olan Essential şirkəti öz işçilərinin 30%-ni işdən azad edib. İş yerlərini itirən şəxslər əsasən satış şöbəsindən və məhsul istehsalı şöbəsindən olublar. “Bu cür addım atmaq çoz qəliz idi. Biz, şirkəti tərk edən bütün əməkdaşlarımızdan üzr istəyirik və onların karyeraları üçün əlimizdən gələni edəcəyi ...

Virtual reallıq cihazlarının istehsalı ilə məşğul olan Oculus şirkətinin yaradıcılarından biri olan Brendan Iribe Facebook şirkətindən ayrıldı. Qeyd etmək lazımdır ki, Facebook şirkəti 2014-cü ildə Oculus-u 2 milyard dollara almışdı. Brendan Iribe şirkətdən ayrılma xəbərini öz Twitter hesabında bildirib. Beləliklə Facebook şirkəti son illərdə aldığı ən bahalı startapların demək olar ki, hamısının yaradıcılarını itirib. Brendan Iribe isə öz növbəsində Facebook şirk ...

The Wall Street Journal saytının jurnalistləri Uber şirkətinin saytında maraqlı vakansiya ilə qarşılaşıblar. Belə ki, şirkət 2019-cu il üçün özünün dron istehsalına və 2021-ci il üçün onların kommersiya məqsədli istifadəsinə yardım edəcək top menecer axtarır. Saytın jurnalistlərinin bu məsələ ilə bağlı Uber şirkətinə sorğu göndərmələrindən sonra şirkət həmin vakansiyanı öz saytından pozub və bildirib ki, pozulmuş vakansiya şirkətin hələki hazırlanma mərhələsində o ...

Xiaomi Mi Mix 3 flaqman modelinin təqdimatına çox az vaxt qalıb. Buna görə də internetdə sözügedən smartfon modeli barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. Bir neçə müddət bundan öncə Xiomi şirkətinin prezidenti Mi Mix 3 modelinin dizaynının əks olunduğu fotonu və onun təqdimat tarixini paylaşmışdı. İndi isə o, Mi Mix 3-ün arxa kamerası ilə çəkilmiş iki fotonu rəsmi olaraq paylaşıb. Təqdim olunmuş fotolarda smartfon kamerasının az işıqlı m ...

Boston Dynamics şirkətinin mühəndisləri itə bənzəyən SpotMini adlı robota rəqs etməyi öyrədiblər. Robotun rəqs videosu şirkətin rəsmi YouTube kanalında yayımlanıb. Videoda SpotMini robotu Bruno Mars ilə Mark Ronson-un birgə “Uptown Funk” mahnısının sədaları altında rəqs edir. ...

Məşhur Geekbench bençmark saytının məlumatlar bazasında Nokia 8.1 smartfon modeli barəsində məlumatlar ortaya çıxıb. Qeyd etmək lazımdır ki, Nokia 8 keçən il satışa çıxmışdı və Nokia brendinin ilk flaqman modeli idi. Lakin yeni Nokia 8.1 modeli flaqman smartfon olmayacaq. Geekbench məlumatlarına əsasən Nokia 8.1 smartfonu Snapdragon 710 prosessoru və 4 GB RAM ilə təchiz olunacaq. Qeyd etmək lazımdır ki, bu prosessor həmçinin bir neçə müddət bundan öncə təqdim olun ...

Instagram-da edilmiş paylaşımların yeni baxılma üsulu test olunur. Belə ki, Instagram ana səhifəni aşağı sürüşdürmək əvəzinə paylaşımları bir klik ilə dəyişməyi təklif edir. Bu cür sistem Instagram-ın Stories bölməsində çalışır. İstifadəçi növbəti Stories paylaşımına baxmaq üçün ekrana klik etməli olur. İndi isə bu sistem Instagram-ın ana səhifəsində test olunur. Bu üsulda ana səhifədəki paylaşımlar tam ekranda əks olunur və onların arasında keçid etmək daha da sü ...

Çində keçirilmiş təqdimat zamanı HMD Global şirkəti Nokia X7 adlı yeni smartfon modelini təqdim etdi. Sözügedən smartfon artıq ənənəvi olan ekran üzərində çıxıntı hissəyə və orta texniki göstəricilərdən bir qədər yüksək göstəricilərə sahibdir. Bu smartfon beynəlxalq bazarda Nokia 7.1 Plus adı ilə satışa çıxmalıdır. Beləliklə Nokia X7 2246x1080 piksel keyfiyyətli 6.18 inç IPS ekranla təchiz olunub və ekran HDR texnologiyasnı dəstəkləyir. Bundan əlavə olaraq smartfo ...

Yer kürəsi əhalisinin kəskin artımı, tərəqqi adına diktatura, iqlim dəyişilikləri və süni zəka hakimiyyəti. Bll Gates-in fikrincə yaxın gələcəkdə insan sivilizasiyasnı məhz bu cür çətinliklər gözləyir. Bill Gates öz müsahibəsində gələcəyin problemləri və onların mümkün həll yolları barəsində danışıb. Kasıblığın ‘yel dəyirmanları”: Bir neçə il bundan öncə Microsoft şirkətinin yaradıcısı Bill Gates proqnozlaşdırmışdı ki, 2030-cu ilə kimi insanlıq kasıbl ...