Virtual reallıq cihazlarının istehsalı ilə məşğul olan Oculus şirkətinin yaradıcılarından biri olan Brendan Iribe Facebook şirkətindən ayrıldı. Qeyd etmək lazımdır ki, Facebook şirkəti 2014-cü ildə Oculus-u 2 milyard dollara almışdı. Brendan Iribe şirkətdən ayrılma xəbərini öz Twitter hesabında bildirib. Beləliklə Facebook şirkəti son illərdə aldığı ən bahalı startapların demək olar ki, hamısının yaradıcılarını itirib. Brendan Iribe isə öz növbəsində Facebook şirkətindən ayrıldığının səbəbini və bundan sonra nə ilə məşğul olacağını bildirməyib. O, Facebook, Oculus komandalarına və həmçinin Mark Zuckerberg-ə öz minnətdarlığını bildirib. Brendan-ın sözlərinə görə Facebook-dan ayrıılmaq onun həyatındakı son 20 il ərzində ilk fasilə olacaq. Facebook 2014-cü ildə Oculus-u 2 milyard dollara aldığı müddətdə Brendan Iribe Oculus şirkətinin CEO-su vəzifəsində çalışırdı. Lakin 2016-cı ildə o, virtual reallıq sahəsinin personal kompüterlər istiqaməti üzrə vitse-prezident vəzifəsinə keçid etmişdi.