Süni zəkanın inkişafı böyük məlumatlar bazasının internet nəhənglərinin əllərində cəmləşdiyi üçün məhdudlaşır. Həmin internet nəhəngləri isə süni zəkanın inkişafı üçün çoxlu sayda müxtəlif mütəxəssisləri özlərinə cəlb edirlər. Bu problemi blockchain texnologiyası həll edə bilər. Blockchain texnologiyası səsli köməkçilərə və robotlara bir-birilərinin arasında konsultasiya aparmağa yardımçı ola bilər. Blockchain və süni zəka texnologiyaları müasir dövrün ən məşhur və eyni zamanda az anlaşılanlarıdır. Heç təəccüblü deyil ki, bir çox dələduzlar bu iki texnologiyanın bir araya gəldiyi layihələr anons edərək sürətli şəkildə pul qazanmağa çalışırlar.
Lakin blockchain ilə süni zəka texnologiyalarının birləşməsini həmçinin alimlər də qeyd edirlər. Onların arasında Kaliforniya Universitetinin professoru Dawn Song və məşhur Sophia robotunu yaratmış Hanson Robotics şirkətindən olan Ben Goertzel var. Tədqiqatçıların fikrincə bölüşdürülmüş reyestr (blockchain texnologiyası) süni zəkanın ən narahatedici inkişafı tendensiyalarından süni zəkanı məhdudlaşdıra bilər. İndi Facebook, Google və digər böyük şirkətlər süni zəka sahəsində olan müxtəlif mütəxəssisləri özlərinə cəlb edirlər. Bu isə öz növbəsində süni zəka üzrə mütəxəssislərin çatışmazlığına səbəb olur. Bundan əlavə olaraq böyük şirkətlər machine learning üçün lazım olan böyük məlumatlar bazasını idarə edirlər.
Mütəxəssislər düşünürlər ki, blockchain sayəsində məlumatlar və alqoritmlər daha çox insana təqdim oluna bilər. Bu məqsədin həyata keçirilməsi üzrə bir neçə startap fəaliyyət göstərir. Məsələn Berlində fəaliyyət göstərən Ocean Protocol adlı layihə tokenlər vasitəsilə rəqəmsal məlumatlar bazasının alışı və satışı üçün texnologiyalar hazırlayır. İstifadəçi məlumatlarını özlərində saxlayan Google və Facebook kimi şirkətlərdən fərqli olaraq Ocean Protocol əsasında qurulmuş məlumat bazarları sadəcə olaraq istifadəçilərin görüş yeri qismində çıxış edəcək. Heç bir mərkəzi oyunçu digər istifadəçilərin öz aralarında bölüşdükləri məlumatları əldə edə bilməyəcək. Ocean Protocol layihəsinin yaradıcılarından biri olan Trent McConaghy-nin sözlərinə görə sözügedən layihənin əsas məqsədi gec olmadan məlumatları desentrəlizə etməkdir.
Layihə artıq məlumat yığımı ilə bağlı bir sıra avtomobil istehsalçıları ilə əməkdaşlıq edir. Həmin məlumatlar pilotsuz nəqliyyat növləri üçün süni zəka sisteminin yaradılmasında yardımçı olacaq. Revel adlı digər bir startap isə müəyyən şirkətlərə lazım olan məlumatları yığan şəxslərə pul ödəyir. Həmin məlumatlar arasında məsələn avtomobillərin fotoları və ya hansısa dildə olan audiomesajlar da olur. Bu layihənin iştirakçıları da həmçinin öz smartfon ilə kompüterlərini sistemə qoşaraq rəqəmsal tokenlərin müqabilində təsvir və səsləri emal edə bilərlər. Dawn Song-un çalışdığı Oasis adlı startap alınan və satılan məlumatların qorunması üçün bölüşdürülmüş reyestrdən istifadə edir. Sistemdən keçən hər bir məlumat isə şifrələnir.
Oasis artıq 45 milyon dollar dəyərində vençur kapitalına sahibdir. Lakin onun da öz rəqibləri var. Digər startaplar blockchaindən alqoritmlərin əlçatan olması üçün istifadə edirlər. Məsələn Ben Goertzel tərəfindən yaradılmış SingularityNET layihəsi süni zəka arasında məlumat mübadiləsi üçün nəzərdə tutulub. Bunun nəticəsində heç kimin sahib olmadığı alqoritmlər şəbəkəsi yaranacaq. Plana əsasən Hanson Robotics şirkəti SingularityNET layihəsindən Sophia robotuna məlumatların ötürülməsi üçün istifadə edəcək. Ben Goertzel istəyir ki, Sophia hansısa suala cavab verməkdə çətinlik çəksə, cavabın tapılası üçün digər süni zəkalara müraciət etsin. Süni zəka sahəsindəki blockchain startaplardan nəticədə hansının uğur qazanıb hansının isə bağlanacağını söyləmək çətindir. Lakin məqsədlərin heç olmasa kiçik bir hissəsi reallaşsa, bu, məlumatların müstəqil bazarını yaradacaq və süni zəkanı demokratlaşdıracaq.