Xiaomi Mi Mix 3-ün kameraları ilə çəkilmiş ilk fotolar təqdim olundu (VİDEO)



    Xiaomi Mi Mix 3 flaqman modelinin təqdimatına çox az vaxt qalıb. Buna görə də internetdə sözügedən smartfon modeli barəsində daha çox məlumat ortaya çıxmağa başlayıb. Bir neçə müddət bundan öncə Xiomi şirkətinin prezidenti Mi Mix 3 modelinin dizaynının əks olunduğu fotonu və onun təqdimat tarixini paylaşmışdı. İndi isə o, Mi Mix 3-ün arxa kamerası ilə çəkilmiş iki fotonu rəsmi olaraq paylaşıb.


    Təqdim olunmuş fotolarda smartfon kamerasının az işıqlı mühitdə çəkiliş özəllikləri əks olunub. İkinci fotoda həmçinin smartfonun arxa kamerası ilə kadrdakı arxa fonun bulanıq düşmə özəlliyi əks olunub. Bundan əlavə olaraq paylaşılmış fotoların təsvirində qeyd olunub ki, sözügedən fotolar smartfonun ikili AI (süni zəka) kamerası vasitəsilə çəkilib. Mi Mix 3-ün kameraları barəsində dəqiq məlumat yoxdur. Lakin onun kameralarının Mi Mix 2S-dən geri qalmayacağı dəqiqdir.


    Bundan əlavə olaraq internetdə Mi Mix 3-ün maraqlı özəlliklərinin əks olunduğu video da ortaya çıxıb. Videodan da görmək olar ki, smartfonun slayder özəlliyi smartfonun ön kamerasını ortaya çıxartmaqdan və smartfonu aktiv etməkdən əlavə olaraq digər funksiyaları da yerinə yetirir. Məsələn smartfonun slayder özəlliyi sayəsində NFC vasitəsilə ödənişləri rellaşdırmaq olar. Qeyd etmək lazımdır ki, Xiaomi Mi Mix 3 rəsmi olaraq 25 Oktyabr tarixində təqdim olunacaq.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar