
Xiaomi şirkəti hələ yaz fəslində 3 ədəd flaqman smartfonu təqdim etmişdi. Lakin görünür, şirkət bunun üzərində dayanan deyil. Belə ki, internetə Xiaomi Mi 8X adlı modelin fotoları sızdırılıb. Arxa paneldən smartfon Xiaomi Mi 8-ə bənzəyir. Lakin arxa paneldə barmaq izi skanı hissəsi yoxdur. Bir sıra məlumatlara əsasən sözügedən smartfon modelində barmaq izi skanı texnologiyası birbaşa smartfon ekranına inteqrasiya olunacaq. Smartfonun həmçinin Snapdragon 710 ...

Son bir neçə ay ərzində təqdim olunmuş 5 test versiyasından sonra Google şirkəti öncədən heç bir məlumat verməyərək Android 9 əməliyyat sisteminin final versiyasını istifadəyə verdi və öz Pixel smartfon modellərini sözügedən Android versiyasına kimi yenilədi. Daha maraqlısı isə yeni Android versiyasının adı oldu. Beləliklə yeni Android versiyası Pie adlanır. Bu yeni əməliyyat sistemini ilk əldə etmiş istifadəçilər isə Pixel, Pixel XL, Pixel 2 və Pixel 2 XL s ...

The Wall Street Journal saytının verdiyi məlumata əsasən banklar öz müştərilərinin tranzaksiya məlumatlarını paylaşmağa razı olsalar Facebook şirkəti Messenger-ə pul köçürmələri funksiyasını əlavə etməyə hazır olacaq. İstifadəçilərin Messenger vasitəsilə bir-birilərinə pul köçürmələrini və alış-veriş etmələri üçün Facebook təmsilçiləri ABŞ bankları ilə danışıqlar aparır. Bu cür təklif ilə Facebook artıq JPMorgan Chase, Wells Fargo, Citygroup Inc və U.S. Banc ...

Android 9 Pie əməliyyat sistemi əvvəlki Android versiyalarına geri dönüş özəlliyindən qoruma sisteminin tətbiq olunmasını smartfon istehsalçılarından tələb edir. Əvvəllər Google şirkəti bu funksiyanı yalnız "məsləhət olunan" kateqoriyasına aid edirdisə, indi şirkət onu məcburi hala gətirib. Bu isə o deməkdir ki, öz smartfonlarını Android Pie-ya kimi yeniləyən istifadəçilər Android Oreo və ondan əvvəlki Android versiyalarına geri dönüş edə bilməyəcəklər. ...

Tesla şirkətinin səhmləri Elon Musk-ın Twitter-dəki yeni postu fonunda 7% yüksəlib. Belə ki, Musk öz Twitter səhifəsində bildirib ki, o, Tesla şirkətini birjadan çıxartmağı və onu özəl etməyi planlaşdırır. Hal hazırda şirkətin bir səhmi 375$ qiymətində satılır. 7 Avqust tarxinin səhəri hərracların startı zamanı şirkətin bir səhminin qiyməti 341.99$ təşkil edirdi. Financial Times saytının Səudiyyə Ərəbistanın 1.7-2.9 milyard dollarlıq investisiyası xəbəri fonu ...

SpaceX şirkətinin CEO-su Elon Musk şirkətin bir sıra top-menecerləri ilə birlikdə 60-a yaxın geoloq, astrobioloq və kosmik mühəndislər ilə gizli görüş keçirib. Həmin görüş çərçivəsində Mars planetinin kolonizasiyası planı barəsində müzakirələr aparılıb. Sözügedən görüşün iştirakçılarından görüş və görüşdə müzakirə olunmuş mövzuların gizli saxlanılması xahiş edilib. Görüş Kolorado Universitetinin aparıcı paleontoloji mərkəzlərindən birində təşkil edilib. ...

Apple şirkəti ABŞ hökumətinə bildirib ki, iPhone smartfonları öz istifadəçilərinin səslərini onların xəbəri olmadan yazmır. Bir neçə müddət bundan öncə ABŞ Konqressinin Palatasının energetika və ticarət üzrə komitəsinin üzvləri Apple şirkətinin, istifadəçilərin xəbəri olmadan onların səslərini yazması ilə bağlı internetdə yayılmış iddiaya fikir bildirməyi şirkətdən tələb etmişdi. Söhbət, “Salam Siri” cümləsindən sonra işə düşən Siri səsli köməkçi ...

Təsəvvür edin ki, sizin Whatsapp yazışmanıza heç də yaxşı niyyəti olmayan üçüncü şəxs daxil olub. Belə ki, Check Point şirkıətinin mütəxəssisləri bunu etməyə imkan verən təhlükəli sistem boşluğu aşkar ediblər. Həmin sistem boşluğu sayəsində istənilən hacker istifadəçinin çatına daxil olaraq mesajları elə dəyişə bilər ki, onlar əvvəlki mənalarını tamamilə itirə bilərlər. Sözügedən sistem boşluğundan bir neçə üsulla istifadə etmək olar. Çatdakı istifadəçinin m ...

Google şirkəti büdcəli smartfon modelləri üçün nəzərdə tutulmuş Android 9 Pie Go Edition əməliyyat sistemini təqdim etdi. Yeni Android əməliyyat sisteminin bu versiyasının əsas özəlliyi yüksək texniki göstəriciləri tələb etməməsi və büdcəli smartfonlarda ideal işləməsidir. Android 9 Pie Go Edition, büdcəli smartfon istifadəçilərinə Google tətbiqlərinin xüsusi versiyalarını və smartfonun daxili yaddaşında böyük miqdarda yer həcmi təklif edəcək. Şi ...
Google Pixel 3 XL smartfon modelinin real fotoları təqdimatdan 2 ay öncə internetdə sızdırıldı. Sızdırılmış fotolarda Clearly White rəngli smartfon əks olunub. Məlumata əsasən fotolardakı smartfon satışdan öncəki versiyadır və cihazın final versiyası ondan cüzi fərqlənə bilər. Bununla belə artıq smartfonun xarici görünüşü barəsində dəqiq təsəvvür var. Maraqlısı ondadır ki, sızdırılmış fotolarda smartfon qutusunun daxilində USB Type-C girişli qulaqlıqlar var. ...