Tesla şirkəti birjadan gedir? Musk şirkəti özəl etməyi planlaşdırır



    Tesla şirkətinin səhmləri Elon Musk-ın Twitter-dəki yeni postu fonunda 7% yüksəlib. Belə ki, Musk öz Twitter səhifəsində bildirib ki, o, Tesla şirkətini birjadan çıxartmağı və onu özəl etməyi planlaşdırır. Hal hazırda şirkətin bir səhmi 375$ qiymətində satılır. 7 Avqust tarxinin səhəri hərracların startı zamanı şirkətin bir səhminin qiyməti 341.99$ təşkil edirdi. Financial Times saytının Səudiyyə Ərəbistanın 1.7-2.9 milyard dollarlıq investisiyası xəbəri fonunda isə şirkətin səhmləri 358$-a kimi qalxdı.

    Daha sonra Elon Musk öz Twitter səhifəsində şirkəti özəl etmək və səhmin birini 420$-dan almaq planlarının olduğunu qeyd etdi. Şirkəti birjadan bu cür səhm qiymətinə almaq üçün Musk-a 82 milyard dollar vəsait lazımdır. Növbəti postlarında Musk investorlarla əməkdaşlığın davam edəcəyinə ümid etdiyini qeyd edib. Belə ki, investorlar şirkətə xüsusi fond vasitəsilə yenə də investisiya yatıra bilərlər. Bu cür fond SpaceX şirkətinin daxilində artıq fəaliyyət göstərir.

    Musk-ın Twitter-dəki aktivliyinə baxmayaraq Tesla şirkəti hələki heç bir rəsmi məlumat verməyib. Bir çox istifadəçilər isə Musk-ın zarafat etdiyini düşünüblər. Musk-ın Twitter-dəki paylaşımlarından bir neçə müddət sonra Tesla şirkətinin saytında Musk tərəfindən göndərilmiş məktub əks olunub. Həmin məktubda qeyd olunub ki, şirkətin birjadan getməsi qərarı hələ tam olaraq dəqiqləşdirilməyib. Lakin o bu cür variantı nəzərdən keçirdir. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar