The Wall Street Journal-ın verdiyi məlumata əsasən Instagram fotoservisə yerləşdirilən videoların xronometrajını əhəmiyyətli şəkildə uzatmağı planlaşdırır. Bu isə öz növbəsində istifadəçilər üçün yeni yaradıcılıq imkanları verəcək və Instagram-ın özünü YouTube servisinə yaxın edəcək. Yeni funksiya şaquli videolara şamil olunacaq. Instagram Stories artıq bu cür videoformat üzərində testlər edir. Daha uzun videoların yalnız Stories bölməsində və ya əsas səhifə ...
Microsoft şirkəti İT layihələrin kodlarının saxlanması üçün nəzərdə tutulmuş GitHub platformasını aldığını təsdiqlədi. Müqavilənin dəyəri 7.5 milyard dollar təşkil edib. Microsoft bu məbləği səhmlər şəklində ödəyəcək. Öz növbəsində Microsoft açıq mənbə kodlu layihələrin inkişafını hədəfləyir. Bu barədə şirkətin CEO-su Satya Nadella bildirib. O əlavə edib ki, Microsoft şirkəti GitHub tərtibatçılarının istifadə etdikləri proqramlaşdırma dilləri, texnologiyalar ...
Uber şirkəti Travis Kalanick-in başçılığı vaxtında qarşılaşdığı qalmaqallar nəticəsində zədələnmiş nüfuzunu bərpa etmək üçün bu ilin sonuna kimi yeni reklam kampaniyasına 500 milyon dollar xərcləyəcək. Bu barədə The Information saytı xəbər verib. Sözügedən reklam kampaniyası keçən ay başlayıb. Kampaniyanın ilkin mərhələsində ABŞ telekanallarında şirkətin hal hazırki CEO-su olan Dara Khosrowshahi-nin əks olunduğu reklam videoları əks olunub. Həmi ...
Çinin 1 milyard aktiv istifadəçi kütləsinə sahib məşhur WeChat messenceri vasitəsilə ailələr boşanma prosesini rəsmi qeydiyyata ala biləcəklər. Lakin bu hələki Çinin Quandun əyalətində mümkün olacaq. Bu barədə Business Insider saytı xəbər verib. Boşanma sorğusunun göndərilməsi üçün istifadəçilər şəxsi ayarlar vasitəsilə xüsusi düyməyə klik etməli olacaqlar. Bundan sonra onlar öz şəxsiyyətlərini təsdiq etməlidirlər. Məşhur messencerdə bu cür funk ...
Tesla və SpaceX şirkətlərinin təsisçisi Elon Musk müasir jurnalistikanı sərt şəkildə tənqid edib və jurnalistlərə güvən səviyyəsinin qiymətləndirilməsi üçün nəzərdə tutulacaq Pravda adlı saytı işə salacağını bildirib. Bu barədə o öz Twitter hesabında xəbər verib. İlk öncə Musk müasir jurnalistikanın vəziyyətini KİV-də (Kütləvi İnformasiya Vasitələri) Tesla barəsində mənfi rəylər bildirən jurnalistlərin fonunda sərt tənqid edib. Onun fikrincə məqalələrdəki ne ...
Çinin SenseTime adlı süni zəka startapı ikinci investisiya raundunda 620 milyon dollar investisiya cəlb etdiyini bildirib. Beləliklə stgartapın qiyməti artıq 4.5 milyard dollar təşkil edir. Bu nəticə ilə o, dünyanın ən bahalı süni zəka startapı hesab edilir. Qeyd etmək lazımdır ki, SenseTime şirkəti hələ Aprel ayında 600 milyon dollar investisiya əldə etmişdi. Həmin vaxtda startapın dəyəri 3.5 milyard dollar təşkil edirdi. Sonuncu investisiya ra ...
Facebook sosial şəbəkəsi istifadəçi məlumatlarını 60-a yaxın smartfon istehsalçısına ötürürmüş. Bu barədə The New York Times saytı xəbər verib. Məlumata əsasən 2008-ci ildən bəri Facebook bu məsələdə 60 smartfon istehsalçısı ilə tərəfdaşlıq edib. Onların sırasında Apple, Amazon, BlackBerry, Microsoft və Samsung şirkətləri də var. Məlumata əsasən şirkətlərin bir hissəsi istifadəçilərin dini, siyasi baxışları və s. kimi məlumatları onlardan icazəsiz əldə edə bi ...
GizChina.it saytının verdiyi məlumata görə Xiaomi şirkətinin online mağazasında yeni Mi Band fitnes qoılbağının səhifəsi ortaya çıxıb. Həmin səhifə yeni nəsil qolbağın texniki göstəriciləri barəsində məlumat verməsə də onun qiymətini ortaya qoyub. Beləliklə Mi Band 3 fitnes qolbağı Çin bazarında 26$ qiymətinə satılacaq. Hal hazırki Mi Band 2 modeli 22-24$ qiymətinə satılır. Məlumatlara əsasən Mi Band 3 bir qədər böyüdülmüş OLED ekran, xüsusi jestlərlə idarəet ...
1987-ci il. Təqiblərdən gizlənən Bumblebee Kaliforniya şatının hansısa şəhərinin avtomobil zibilliyində özünə sığınacaq tapır. Charlie adlı qızın 18 yaşı tamam olmaq üzrədir və o, həyatdakı öz yerini axtarır. Nəticədə məhz Charlie Bumblebee-ni tapır. Lakin sonradan ona aydın olur ki, bu heç də sadə Volkswagen avtomobili deyil. Rejissoru Travis Knight-ın olduğu filmdə baş rolları Hailee Steinfeld, John Cena, Martin Short, Pamela Adlon, Megyn Price və digərləri c ...
Dünən bir neçə məlumat sızıntısından sonra Ubisoft şirkəti yeni Assassin’s Creed oyununu anons etdi. Yeni oyun Assassin’s Creed Odyssey adlanır. Təqdim olunmuş ilk kadrlardan belə qənaətə gəlmək olar ki, yeni oyunda hadisələr Qədim Yunanıstanda cərəyan edəcək. Rəsmi mənbələrdən olan bütün məlumatlar hələki bunlardan ibarətdir. Oyunun trailerinin tam versiyası və əlavə məlumatlar 11 İyun tarixində Ubisoft şirkətinin E3 2018 oyun sərgisi çərçivəsində keçirdəcə ...