Gənc aktivist Google və Facebook'a qarşı 8.8 milyard dollarlıq məhməkə iddiası qaldırıb



    25 May tarixində Avropa Birliyində özəl məlumatların təhlükəsizliyi ilə bağlı General Data Protection Regulation (GDPR) adı ilə tanınan yeni qanun qüvvəyə minib. Qanunun qüvvəyə mindiyi ilk gündəcə avstriyalı hüquqşünas və məlumatların qorunması uğrunda mübarizə aparan Max Schrems Google, Facebook, InstagramWhatsapp-a qarşı None of Your Business qeyri-kommersiya təşkilatı adından məhkəmə iddiası qaldırıb. O bildirib ki, böyük şirkətlər öz servislərinə keçidin məhdudlaşdırılması hədə-qorxusu sayəsində istifadəçilərin yeni şərtləri məcburi şəkildə qəbul etmələrinə nail olmağa çalışırlar. Bu isə öz növbəsində GDPR qanununun tələblərinə ziddir.

    CNBC ilə söhbətində Max bildirib ki, Facebook artıq yeni şərtləri qəbul etməmiş bəzi istifadəçilərin hesablarını dondurub. “İstifadəçilərin iki seçimi var idi: Ya hesablarını pozsunlar yada “razıyam” düyməsinə klik etsinlər. Bu isə azad seçimə bənzəmir. Bu daha çox Şimali Koreyadakı seçimlərə bənzəyir” – deyə Max öz müsahibəsində bildirib. Yeni qaydalara əsasən Avropada yerləşən və ya Avropa Birliyinə daxil olan ölkələrdən olan vətəndaşlar ilə çalışan internet şirkətləri həmin insanların özəl məlumatlarını emal etmək üçün hər bir şəxsdən icazə almalıdırlar.

    Bununla belə istifadəçilərin yeni şərtlərlə razılaşmama imkanları da olmalıdır. Bundan əlavə olaraq istifadəçilərin istənilən vaxt onlar barəsində hansı məlumatların yığıldığını və həmin məlumatların hansı məqsədlə yığıldığını şirkətlərdən öyrənmək hüquqları var. GDPR normalarının pozulması halında şirkət öz illik gəlirinin 4%-ni (20 milyon avro və ya 23.4 milyon dollar) cərimə kimi ödəməlidir. Beləliklə None of Your Business qeyri-kommersiya təşkilatı Avropanın müxtəlif ölkələrində 4 məhkəmə iddiası qaldırıb. Max-ın hesablamalarına əsasən məhkəmə tərəfindən maksimal cərimə məbləğinin təyin olunacağı halında Google və Facebook (Instagram və Whatsapp) şirkətləri üçün olacaq cərimə məbləği ümumilikdə 7.6 milyard avro (8/8 milyard dollar) təşkil edə bilər.


- Google şirkəti: Məhkəmə iddiası Fransada qaldırılıb. Maksimal cərimə məbləği 3.7 milyard avro


- Facebook şirkəti: Məhkəmə iddiası Avstriyada qaldırılıb. Maksimal cərimə məbləği 1.3 milyard avro


- Instagram: Məhkəmə iddiası Belçikada qaldırılıb. Maksimum cərimə məbləği 1.3 milyard avro


- Whatsapp: Məhkəmə iddiası Hamburqda qaldırılıb. Maksimum cərimə məbləği 1.3 milyard avro.


    Facebook şirkətinin özəl məlumatların qorunması üzrə direktoru Erin Egan CNBC ilə müsahibəsində bildirib ki, şirkət GDPR qanununun qüvvəyə minməsi üçün son 18 ay ərzində çalışıb. Onun sözlərinə görə şirkət öz siyasətini daha anlaşılan edib və istifadəçilər üçün konfidensiallıq parametrlərinin axtarışını daha da asanlaşdırıb. Qeyd etmək lazımdır ki, 2015-ci ildə Max Schrems Facebook-a qarşı olmuş məhkəmə iddialarından birində qalib gəlmişdi. Həmin vaxtda Avropa Məhkəməsi onun tərəfini tutaraq Avropa Birliyi ilə ABŞ arasındakı razılaşmanı qanunsuz hesab etmişdi. Həmin razılaşmaya əsasən şirkətlər avropalı istifadəçilərin məlumatlarını ABŞ-a ötürə bilərdilər.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar