InstaDreamer adlı qolbaq adi fitnes cihaza bənzəyir və onun kimi çalışır. Belə ki, InstaDreamer də adi fitnes qolbağı kimi fiziki aktivlik ilə yuxu fazalarını təyin edən ötürücülər ilə təchiz olunub. Lakin bu qolbaq insanın yandırdığı kaloriləri hesablamaq üçün nəzərdə tutulmayıb. Belə ki, bu qolbaq yuxuların idarəolunmasına yardımçı olmalıdır. Gün ərzində insan işləyərkən, yemək yeyərkən və ya gəzərdən sözügedən qolbaq vibrasiya edir. Bu isə öz növbəsində i ...
Google şirkətinin yeni Pixel smartfon modellərinin təqdimat tarixi Famebit platformasında əks olunub. Qeyd etmək lazımdır ki, şirkət bu platformanı 2016-cı ildə almışdı. Beləliklə Google ənənəyə sadiq qalaraq yeni smartfon modellərini 4 Oktyabr tarixində təqdim edəcək. Keçən ilki modellər də bu tarixdə təqdim olunmuşdular. Maraqlısı ondadır ki, Pixel 3 modelini Pixel 2 və Pixel 2 XL modellərinin yeni inteqrasiyası adlandırırlar.
Xiaomi şirkəti hələ yaz fəslində 3 ədəd flaqman smartfonu təqdim etmişdi. Lakin görünür, şirkət bunun üzərində dayanan deyil. Belə ki, internetə Xiaomi Mi 8X adlı modelin fotoları sızdırılıb. Arxa paneldən smartfon Xiaomi Mi 8-ə bənzəyir. Lakin arxa paneldə barmaq izi skanı hissəsi yoxdur. Bir sıra məlumatlara əsasən sözügedən smartfon modelində barmaq izi skanı texnologiyası birbaşa smartfon ekranına inteqrasiya olunacaq. Smartfonun həmçinin Snapdragon 710 ...
Son bir neçə ay ərzində təqdim olunmuş 5 test versiyasından sonra Google şirkəti öncədən heç bir məlumat verməyərək Android 9 əməliyyat sisteminin final versiyasını istifadəyə verdi və öz Pixel smartfon modellərini sözügedən Android versiyasına kimi yenilədi. Daha maraqlısı isə yeni Android versiyasının adı oldu. Beləliklə yeni Android versiyası Pie adlanır. Bu yeni əməliyyat sistemini ilk əldə etmiş istifadəçilər isə Pixel, Pixel XL, Pixel 2 və Pixel 2 XL s ...
The Wall Street Journal saytının verdiyi məlumata əsasən banklar öz müştərilərinin tranzaksiya məlumatlarını paylaşmağa razı olsalar Facebook şirkəti Messenger-ə pul köçürmələri funksiyasını əlavə etməyə hazır olacaq. İstifadəçilərin Messenger vasitəsilə bir-birilərinə pul köçürmələrini və alış-veriş etmələri üçün Facebook təmsilçiləri ABŞ bankları ilə danışıqlar aparır. Bu cür təklif ilə Facebook artıq JPMorgan Chase, Wells Fargo, Citygroup Inc və U.S. Banc ...
Android 9 Pie əməliyyat sistemi əvvəlki Android versiyalarına geri dönüş özəlliyindən qoruma sisteminin tətbiq olunmasını smartfon istehsalçılarından tələb edir. Əvvəllər Google şirkəti bu funksiyanı yalnız "məsləhət olunan" kateqoriyasına aid edirdisə, indi şirkət onu məcburi hala gətirib. Bu isə o deməkdir ki, öz smartfonlarını Android Pie-ya kimi yeniləyən istifadəçilər Android Oreo və ondan əvvəlki Android versiyalarına geri dönüş edə bilməyəcəklər. ...
Tesla şirkətinin səhmləri Elon Musk-ın Twitter-dəki yeni postu fonunda 7% yüksəlib. Belə ki, Musk öz Twitter səhifəsində bildirib ki, o, Tesla şirkətini birjadan çıxartmağı və onu özəl etməyi planlaşdırır. Hal hazırda şirkətin bir səhmi 375$ qiymətində satılır. 7 Avqust tarxinin səhəri hərracların startı zamanı şirkətin bir səhminin qiyməti 341.99$ təşkil edirdi. Financial Times saytının Səudiyyə Ərəbistanın 1.7-2.9 milyard dollarlıq investisiyası xəbəri fonu ...
SpaceX şirkətinin CEO-su Elon Musk şirkətin bir sıra top-menecerləri ilə birlikdə 60-a yaxın geoloq, astrobioloq və kosmik mühəndislər ilə gizli görüş keçirib. Həmin görüş çərçivəsində Mars planetinin kolonizasiyası planı barəsində müzakirələr aparılıb. Sözügedən görüşün iştirakçılarından görüş və görüşdə müzakirə olunmuş mövzuların gizli saxlanılması xahiş edilib. Görüş Kolorado Universitetinin aparıcı paleontoloji mərkəzlərindən birində təşkil edilib. ...
Apple şirkəti ABŞ hökumətinə bildirib ki, iPhone smartfonları öz istifadəçilərinin səslərini onların xəbəri olmadan yazmır. Bir neçə müddət bundan öncə ABŞ Konqressinin Palatasının energetika və ticarət üzrə komitəsinin üzvləri Apple şirkətinin, istifadəçilərin xəbəri olmadan onların səslərini yazması ilə bağlı internetdə yayılmış iddiaya fikir bildirməyi şirkətdən tələb etmişdi. Söhbət, “Salam Siri” cümləsindən sonra işə düşən Siri səsli köməkçi ...
Təsəvvür edin ki, sizin Whatsapp yazışmanıza heç də yaxşı niyyəti olmayan üçüncü şəxs daxil olub. Belə ki, Check Point şirkıətinin mütəxəssisləri bunu etməyə imkan verən təhlükəli sistem boşluğu aşkar ediblər. Həmin sistem boşluğu sayəsində istənilən hacker istifadəçinin çatına daxil olaraq mesajları elə dəyişə bilər ki, onlar əvvəlki mənalarını tamamilə itirə bilərlər. Sözügedən sistem boşluğundan bir neçə üsulla istifadə etmək olar. Çatdakı istifadəçinin m ...