Yuxuları idarə etməyə söz verən InstaDreamer adlı yeni qolbaq (VİDEO)



    InstaDreamer adlı qolbaq adi fitnes cihaza bənzəyir və onun kimi çalışır. Belə ki, InstaDreamer də adi fitnes qolbağı kimi fiziki aktivlik ilə yuxu fazalarını təyin edən ötürücülər ilə təchiz olunub. Lakin bu qolbaq insanın yandırdığı kaloriləri hesablamaq üçün nəzərdə tutulmayıb. Belə ki, bu qolbaq yuxuların idarəolunmasına yardımçı olmalıdır. Gün ərzində insan işləyərkən, yemək yeyərkən və ya gəzərdən sözügedən qolbaq vibrasiya edir. Bu isə öz növbəsində insana yatmadığnı və öz fəaliyyətini idarə etdiyini şüuraltı səviyyədə anlamağa imkan verir. Buna görə də əgər qolbaq yuxu zamanı vibrasiya etsə, istifadəçi bunu anlamalı və öz yuxusunun üzərində idarəni əldə etməlidir.


    Tərtibatçıların verdikləri məlumata əsasən yuxunun bu cür idarəolunması üsulu vasitəsilə istifadəçi öz yuxusunda istədiyi ölkəni gəzə, öz qorxularına qalib gələ və s. edə bilər. Bundan əlavə olaraq sözügedən qolbaq yuxu zamanı istifadəçinin həyat göstəricilərini təyin edir və zəngli saat kimi çalışır. Lakin qolbaq istifadəçini konkret bir zamanda deyil, istifadəçinin oyanması üçün optimal anı seçərək onu yalnız o anda oyadır. Qolbaq ön sifariş əsasında gələn ilin Fevral ayında satışa çıxacaq və 200$ qiymətində satılacaq. Qeyd etmək lazımdır ki, bu layihə Kickstarter platformasında yerləşdirilib və bir neçə gün ərzində yaradıcılar lazım olan məbləğdən daha çoxunu əldə ediblər. Layihənin crowdfunding kampaniyası hələ 3 həftə davam edəcək.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar