2 il bundan öncə Instagram hesablarının doğruluğunun təyin edilməsi üçün ikifaktorlu yoxlanış sistemi bu məşhur servisə əlavə edilmişdi. Lakin dələduzlar bu sistemdən yan keçməyi bacardılar. Belə ki, bu sistemin ən zəif nöqtəsi Instagram hesabın telefon nömrəsinə bağlı olması idi. Çünki dələduzlar istifadəçinin telefon nömrəsini əldə edə bilərdilər. Məlumata əsasən Instagram bu problemin aradan qaldırılması yolunda çalışır. Instagram istifadəçiləri mobil nömr ...
Avropa komissiyası Google şirkətinin daxil olduğu Alphabet korporasiyasını 4.3 milyard avro dəyərində cərimələyib. Bunun səbəbi isə şirkətin monopoliya sahəsindəki qanunvericiliyi pozmasındadır. New York Times-ın verdiyi məlumata əsasən bu məbləğ antimonopoliya sahəsində ən böyüyüdür. Komissiya qərar verib ki, Google şirkəti Android əməliyyat sistemi əsasında çalışan smartfonlar bazarındakı hegemonluğundan istifadə edərək öz axtarış sisteminin inkişafına nai ...
Əvvəlcədən planlaşdırıldığı kimi Xiaomi şirkəti bugün Mi Max 3 smartfonunu (fablet) təqdim etdi. Yeni smartfon böyük ekran və batareya həcmi, heç də pis olmayan prosessor və istifadəçi üzü skanı texnologiyasını əldə edib. Smartfonun texniki özəllikləri barəsində məlumatlar təqdimatdan bir neçə müddət öncə internetdə yayılmışdı. Bugünki təqdimatda isə şirkət onları təsdiqlədi. Beləliklə Xiaomi Mi Max 3 18:9 nisbətli 6.9 inç Full HD+ ekran, 8 nüvəli Snapdragon ...
Corning şirkəti 6-cı nəsil Gorilla Glass qoruyucu şüşəsini təqdim edib. Şirkətin mühəndisləri çoxlu sayda düşüşlərə dözə bilən tamamilə yeni material yaratmağa nail olublar. Testlər onu göstərir ki, Gorilla Glass 6 1 metr hündürlükdən 15 dəfə düşüşə tab gətirə bilir. Bu isə Gorilla Glass 5-in göstəricisindən 2 dəfə çoxdur. Şirkətin məlumatına əsasən yeni qoruyucu şüşə Gorilla Glass 5-dən fərqli olaraq tamamilə fərqli kimyəvi tərkibə sahibdir. Gorilla Glass 6 ...
Decluttr şirkəti öz müştəriləri arasında maraqlı bir sorğu aparıb. Həmin sorğu əsasında şirkət insanların hansı model smartfon işlədən şəxslərlə görüşmək istədiklərini və görüş zamanı şəxsin nə qədər çox smartfonla əlaqədə olduğunu öyrənmək istəyib. Məlum olub ki,10 insandan 7-i iPhone işlədən şəxslə görüşməyə üstünlük verir. Bununla belə iPhone işlədən şəxslərin 65%-i Android istifadəçilər ilə görüşməyə həvəslidir. Android istifadəçilərin isə 53%-i iOS isti ...
Biz dünənki xəbərimizdə bildirmişdik ki, Avropa komissiyası Google şirkətini 4.3 milyard avro (5 milyard dollar) dəyərində cərimələyib. Bunun səbəbi isə şirkətin antimonopoliya qanunvericiliyini pozması olub. Komissiyanın qərarında bildirilib ki, Google şirkəti Android smartfonlar bazarındakı hegemonluğundan istifadə edərək öz axtarış sisteminin və Chrome brauzerinin inkişafına nail olub. Google şirkətinin CEO-su Sundar Pichai bu məsələ ilə bağlı fikrini art ...
Bir çox məşhur messencerlər öz stikerlərini artıq çoxdandır ki, istifadəyə verib. Bu messencerlərə misal olaraq ICQ, WeChat, Skype, Facebook Messenger və Allo-nu gətirmək olar. Lakin Whatsapp-da sözügedən funksiya nədənsə indiyənə kimi reallaşdırılmayıb. Buna baxmayaraq WABetainfo-nun məlumatlarına əsasən məşhur messencerin 2.18.218 nömrəli beta versiyasında stikerlər funksiyasının izləri aşkar edilib. Qeyd etmək lazımdır ki, Whatsapp üçün sözügedən funksiyan ...
Bugün HMD Global şirkəti Nokia 6.1 Plus modelini təqdim etdi. Yeni smartfon Nokia X6-ya bənzəyir. Lakin ondan 2 özəllik ilə fərqlənir. Belə ki, Nokia 6.1 Plus Android One əməliyyat sistemi əsasında çalışır və Çindən kənarda satılacaq. Yəni sözügedən Nokia modeli qlobal bazarlar üçün nəzərdə tutulub. Beləliklə Nokia 6.1 Plus 19:9 nisbətli 5.8 inç Full HD+ ekran (ekran üzərində çıxıntı var), 8 nüvəli Snapdragon 636 prosessoru, Adreno 509 qrafik sürətləndirici, ...
Appthority şirkətinin kibertəhlükəsizlik üzrə mütəxəssisləri korporativ müştərilər üçün potensial təhlükə mənbəyi daşıyan ən təhlükəli mobil tətbiqlərin reytinqini tərtib ediblər. Beləliklə iOS cihazlar üçün ən təhlükəli tətbiqlər arasında birinci yeri Whatsapp, ikinci yeri Facebook Messenger, üçüncü yeri isə Waze adlı naviqasiya tətbiqi tutub. Whatsapp ilə Facebook Messenger həmçinin Android əməliyyat sistemi üçün də ən riskli tətbiqlər siyahısına daxil olub ...
Məşhur Instagram fotoservisi rəsmi olaraq elan edib ki, bundan sonra istifadəçilər öz dostlarından hansılarının online olub-olmadıqlarını görə biləcəklər. Bu yeni funksiya Facebook Messenger-dəki kimi çalışır. Belə ki, sizin Direct-də ünsiyyətdə olduğunuz şəxsin fotosunun altında yaşıl dairəvi işarə əks olunacaq. Əgər siz hansısa səbəbdən sizin dostlarınızın sizin online olub-olmadığınızı görmələrini istəmirsinizsə, bunu istədiyiniz zaman ayarlar vasitəsilə ...