XML, Extensible Markup Language sözlərinin qısa adıdır. Eks-em-el olaraq oxunar. XMLin texniki detallarına toxunmadan istifadə sahəsi olaraq bir baxaq: Məsələn dənizçilik firmaları nəqliyyatla əlaqədar bütün məlumatlarını dünyaya yayılmış agentliklərinə EDI (Electronic Data Interchange) vasitəsilə çatdırardılar. Ancaq EDI, yalnız uyğun sistemlər arasında işləyən bir sistem olduğu üçün, kompüter sistemləriylə bütünlük təşkil etmir.
Müəyyən firmalar tərəfindən tətbiq olunan EDI ünsiyyəti, fakturaları, sifarişləri uyğun bir formatda transfer etməyi təmin edərdi. XMLi bu cür ehtiyacları qarşılamağı məqsəd qoyan bir texnologiya hesab etmək lazımdır...