WindowsXP-nin parametrlərində hansı dəyişikliklər etmək lazımdır ki, NUM LOCK indikatoru istədiyimiz kimi yüklənsin?
Bunun üçün RegEdit proqramını (RUN rejimindən) buraxıb reesterdə dəyişikliklər etmək lazımdır... Reester göründüudən sonra HKEY_USERS.DEFAULTControl PanelKeyboard kateqoriyasına daxil olmaq lazımdır. Əgər bu kateqoriya mövcud deyilsə o zaman onu yaratmaq lazımdır. Sağ tərəfdəki pəncərədə InitialKeyboardlndicators parametrinin qiymətini dəyişərək istədiyiniz variantı müəyyən edə bilərsiz. Bu parametr 2 qiymət ala bilər:
0 - yüklənmə zamanı NUM LOCK indikatoru sönmüş olur
2 - yüklənmə zamanı NUM LOCK indikatoru yanmış olur