NoteBook-da Vistanı silib, yerinə XP yazanların sayı artmaqdadır. Vistadan istifadə edənlərə demək olar ki, rast gəlinmir. Vista istifadəçiləri bu əməliyyat sistemini sırf "eksprement" nöqteyi nəzərdən istifadə edirlər... İndi isə NoteBooklarda yeni, daha imkanlı və nəhayət "gözəl" Vistanı ləğv edib, yerinə XP-ni yazmağın səbəblərini araşdıraq...
Windows Vistanın "problemləri":
Windows Vista kompüterin resurlarna yüksək tələblə seçilir. Hətta RAM yaddaşı 1qb və yuxarı olan kompüterlərdə XP Vistadan hiss olunacaq qədər sürətlə işləyir.
Bir çox proqramlar və proqram sistemlər Vista tərəfindən "rədd" olunur. Məsələn:
Adobe şirkətinin Vistaya qədər buraxdığı bir çox proqram təminatı,
Antiviruslar arasında seçilən Nod32 sistemi
Ən çox istifadə olunan CD/DVD emulyatorlar və s.
Sertifikatı olmayan bir çox vacib qurğuların (printer, skaner, veb kamera və s.) qoşulma problemləri var.
Kompüter üçün nəzərdə tutulmuş bir çox test sistemləri işləmirlər.
Vista əməliyyat sistemi 15 qb disk sahəsini "zəbt" edir. (Bu XP-ilə müqayisə olunmazdır)
Bunlar yalnız "üzdə" olan problemlərdir...
Ümumiyyətlə MicroSoft-un "Vista" layihəsini geriyə atılmış addım hesab etmək olar.Windows Vistanı-nı kompüterdən tam silmək üçün HDD yaddaşını tam formatlaşdırmaq lazımdır. Çünkü Vistanın HDD-də gizli bölmələri var. Əgər Vistanın üzərindən XP-ni yazmaq istəsəniz daha ciddi problemlərlə qarşılaşa bilərsiz.
Amma XP-nin NoteBooka yazılması zamanı ciddi problemlər üzə çıxır. Yeni NoteBooklarda istifadə olunan SATA tipli HDD-lərin drayverləri XP-nin yüklənmə diskindəki drayverləri arasında yoxdur. Bu problemi həll etmək üçün bir neçə üsul var. Azərbaycan istifadəçilərinin NoteBooklarında əsasən "asan" başa gələn üsuldan istifadə olunur, bu isə kompüterin səmərəlilik əmsalının 50-60% aşağı düşməsi deməkdir.
Bu məqalədə siz Vista və XP arasında aparılmış testlərin nəticələri ilə tanış ola bilərsiz.