Kompüter nədir və nə zaman yaranıb?
Kompüter nədir sualına müxtəlif şəkillərdə cavab verilə bilər:
Kompüter nədir? Məlumatın saxlanması və işlənməsi əməliyyatlarını reallaşdıra biləcək elektronik bir cihazdır.
Kompyuter nədir?
Məlumatları saxlaya bilən və işləyə bilən; əmrlərlə istiqamətləndirilə bilən elektronik bir cihazdır. Kompüter, təchizat və proqramıyla birlikdə bir məna ifadə edər və dəyişik böyüklüklərdə və quraşdırılmalarda ola bilər.
Kompüter, insanın edə bilməyəcəyi şeyləri edə bilən bir cihaz deyil. Kompüter təməl olaraq, insan əliylə edilməsi çox uzun müddət biləcək, ya da insan əliylə edilsə əməliyyat səhvi etmə riski yüksək olacaq olan əməliyyatlarda istifadə edilmək üzrə iinkişaf etdirilmişdir. Kompüter ədədi ya da qoyula bilən ifadələrdən yola çıxaraq hesablamalar edə bilən bir cihaz və ya maşındır. Kompüterlər sadə və yaxşı təyin olunmuş vəzifələri yerinə yetirən parçalardan meydana gələrlər. Bu parçaların bir-biriləri ünsiyyət içərisində işləri ilə məlumatlar işlənə bilər. Əgər bir kompüter, proqramlar vasitəsilə doğru bir şəkildə quruluşlandırılmışsa, uyğun bir məlumat verildiyində bu məlumatı işləyərək bir həll çıxara bilər ya da həllə gedən yolda insanların işini asanlaşdıra bilər.
Sərt diskdə saxladığım məlumatlar öz-özünə silinib! Bərpa etmək olar?
Əgər sərt diskinizdə saxladığınız məlumatlar silinmişdirsə onları bərpa etmək olar. Bunun üçün bərpa proqramları mövcuddur. Gərək elə bərpa proqramı tapasınız ki proqram təkcə silinmiş faylların adını yazıb axtarmaqdan başqa müəyyən vaxtda qədər silinmiş faylları avtomatik olaraq axtarıb tapsın. Bu tip proqramları saytımızda ararşdıra bilərsiniz.
O ki qaldı faylların silinməsinə bu bir neçə səbəbdən ola bilər, ya elə siz dediyiniz kimi virusdan ya siz sistemdə nəyisə düzgün quraşdırmamısınız ya da sistem özü avtomatik olaraq buraxılıb və fayllar silinib.
WindowsXP-nin CMD-də yerinə yetirilən sistem əmrləri haqqında hardan məlumat almaq olar?
Bunun üçün aşağıdakı əmri özündə saxlayan yarlıq (shortcut) yaratmaq lazımdır...
hh.exe ms-its:C:WINDOWSHelpntcmds.chm::/ntcmds.htmQeyd: əgər sizdə Windows kataloqu başqa qurğudadırsa, o zaman yolu dəyişməlisiniz.
Mənim kompüterim zəifdir. Bu səbəbdən bəzi hallarda əməliyyat sistemi böyük yükləmələrin hesabına öz işini dayandırır. Bu problemi həll etmək üçün mən nə etməliyəm?
WindowsXP əməliyyat sisteminin kompüter qurğularına minimal tələbləri var. Məsələn, yaddaş 256mb-dan, prosessorun tezliyi 600MHS-dən aşağı olmamalıdır. Bu əməliyyat sistemi zəif kompüterlərə yüklənir. Bu zaman virtul yaddaşdan geniş stifadə olunur (fayl yüklənməsi), yəni operativ yaddaş kiçik olduğu üçün informasiya HDD-yə yazılır. Digər səbəblərdə əməliyyat sisteminin "ağır" yüklənmələrə məruz qoyur. Bu səbəbdən ƏS-i öz iş qabiliyyətini itirərək "donur". Bu problemi həll etmək üçün aşağıdakı işləri görməyi məsləhət görürük:
Disklərdə məlumatların bərpası sistemininin işini dayandırın. Çünkü Windows vaxtaşarı bərpa nöqtələri yaradır. Bu isə sistemin ümumi işinə ciddi maniələr yaradır
"Yatmaq rejimini" qadağan edin. ƏS-nin yenidən yüklənməsi və söndürülməsi kimi onda "yatmaq rejimidə" mövcuddur. Bu zaman sistemin vəziyyəti fayl şəkilində FDD-yə yazılır. Proses avtomatik getdiyi üçün ƏS-nin sürəti aşağı düşür və zəif maşınlar ümumiyyətlə "donurlar"
Virtual yaddaşı(Fayl yüklənmə ölçüsünü azaldın) kiçildin.
Bütün vizual və multimedia effektlərini söndürün.
Eyni zamanda 1-2 sistemdən artıq proqram yükləməyin. Xüsusilə qrafik sistemlərlə işləyən vaxtı çalışın yalnız bir paketlə işləyin.
Böyük resurslar tələb edən sistemlərin nisbətən "köhnə" versiyasından istifadə edin. Məsələn CorelDraw sisteminin sonuncu versiyası (hal hazırda 14-cü versiya mövcuddur), stabil 8-ci versiyadan istifadə edin.