Elon Musk Tesla şirkətində irimiqyaslı təxribat yaratmaq istəyən əməkdaşdan xəbər verdi



    Elon Musk Tesla şirkətinin əməkdaşlarından birinin şirkətin konfidensial məlumatlarının üçüncü tərəfə ötürməsindən və beləliklə irimiqyaslı təxribat yaratmasından danışıb. Bu barədə Musk şirkətin digər əməkdaşlarına məktub vasitəsilə bildirib. Məktubda bildirilib ki, adı çəkilməyən əməkdaş bilərəkdən şirkətin təchizatındakı əməliyyat sisteminə kənar kodlar əlavə edib. Bundan əlavə olaraq sözügedən şəxs şirkətin gizli məlumatlarını üçüncü tərəflərə ötürürmüş.

    Musk bildirib ki, bütün bunları etmiş şəxs artıq dindirilib və o, bütün əməllərini etiraf edib. Sözügedən əməlləri yerinə yetirmiş şəxs buna səbəb kimi uzun müddət ərzində vəzifəsinin artırılmamasını gətirib. “Onun əməllərinin miqyası tam olaraq bilinmir. Lakin onun etdikləri çox pis səslənir” – deyə Musk bildirib. Hal hazırda Tesla şirkəti bu məsələ ilə bağlı istintaq aparır. Şirkət həmin şəxsin Tesla-da cinayət şərikinin olub-olmadığını və onun rəqib şirkətlərlə əlbir olma ehtimallarının mümkünlüyünü öyrənmək istəyir. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar