Elon Musk, Tesla şirkətinin birjadan geri alınmasında Səudiyyə Ərəbistanla danışıqlarını təsdiqlədi



    Elon Musk Səudiyyə Ərəbistanın Public Investment Fund (PIF) adlı suveren fond ilə Tesla şirkətinin səhmlərinin birjadan alınması mövzusunda danışıqların aparıldığını təsdiqlədi. İlk öncə Tesla şirkətinin səhmlərinin birjadan alınması təklifi Səudiyyə Ərəbistandan 2 il bundan öncə gəlmişdi. Musk-ın verdiyi məlumata əsasən bunu etmək üçün PIF yetəri qədər vəsaitə sahibdir. Bir neçə müddət bundan öncə sözügedən fondun Tesla şirkətinin 5%-ni əldə etməsindən sonra PIF Tesla-nın özəl şirkətə çevrilməsi mövzusunu aktivləşdirdi.

    Musk bildirib ki, bu mövzu ətrafında görüş 31 İyul tarixində baş tutub. Bununla belə onun sözlərinə görə fondun direktoru şirkəti maliyyələşdirməyə hazırdır. Musk bildirib ki, məhz sözügedən görüş nəticəsində o, bir neçə müddət bundan öncə Tesla-nın özəl şirkətə çevrilməsi planını Twitter hesabında bildirmişdi. Bununla yanaşı o, Tesla-nın özəl şirkətə çerilməsi üçün 70 milyard dollar məbləğin lazım olacağı ehtimalını təkzib edib. Qeyd etmək lazımdır ki, Musk-ın Twitter-dəki bu paylaşımından sonra şirkətin bəzi səhmdarları ona qarşı məhkəmə iddiası qaldırıblar. Onların fikrincə Musk əsassız məlumatlar verərək birjada şirkətin səhm qiymətlərinin süni qalxmasına nail olub.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar