Tesla keçmiş əməkdaşını gizli şirkət məlumatlarının oğrulanması iddiası ilə məhkəməyə verdi



    Elektromobil istehsalçısı Tesla şirkəti öz keçmiş əməkdaşı Martin Tripp-i məhkəməyə verib. Şirkət onu gizli şirkət məlumatlarının oğurlanmasında və həmin məlumatların üçüncü tərəfə verilməsində günahlandırır. Bu barədə CNBC saytı xəbər verib. Məhkəmə iddiasının mətnində qeyd olunub ki, Martin Tripp qanunsuz şəkildə şirkətin konfidensial məlumatlarını əldə edib və həmin məlumatları üçüncü tərəfə ötürüb.

    Məlumatların kimlərə ötürüldüyü barəsində məlumat isə sənəddə qeyd olunmayıb. Sözügedən məlumatları əldə etmək üçün Martin Tesla şirkətinin digər 3 əməkdaşının kompüterində hacker yönümlü proqram təminatlarından istifadə edib. Martin etmiş olduğu bu əməlləri artıq etiraf edib. Bundan əlavə şirkət onu KİV-də (Kütləvi İnformasiya Vasitələri) şirkət barəsində yalan məlumatların yayılmasında da günahlandırır.

    Əsasən şirkət bildirib ki, Martin vaxtı ikən KİV-də Tesla şirkətinin Model 3 elektromobilinin istehsalında problemli batareyaların istifadəsi məlumatını yaymışdır. Qeyd etmək lazımdır ki, bir müddət bundan öncə verdiyimiz xəbərdə qeyd olunmuşdu ki, Elon Musk Tesla şirkətinə qarşı irimiqyaslı təxribat hazırlamaq istəyən keçmiş əməkdaşdan xəbər verib. Musk-ın verdiyi həmin məlumatda əməkdaşın adı qeyd olunmamışdır. İndi isə şirkətin Martini məhkəməyə verməsi ilə bir neçə müddət bundan öncə ortaya çıxmış xəbər üst-üstə düşür. Şirkət məhkəmə iddiası barəsində heç bir şərh bildirməyib.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar