Elon Musk, Tesla'nı özəl şirkətə çevirməkdən imtina etdi



    Elon Musk, Tesla-nı özəl şirkətə çevirmək planından imtina edib. Bu barədə o, Tesla şirkətinin saytında bildirib. Musk qeyd edib ki, o, Tesla-nı özəl şirkətə çevrilməsinin nəticələrini və investorların bu müqaviləyə maraqlarını qiymətləndirmək üçün Silver Lake, Goldman SachsMorgan Stanley şirkətləri ilə məsləhətləşib. Bundan əlavə olaraq Musk hal-hazırki səhmdarlarla görüşlər də keçirib. O, səhmdarların Tesla şirkətinin gələcəyini necə düşündüklərini öyrənmək istəyib. Nəticədə bir çoxlarının fikrincə Tesla-nın özəl şirkətə çevrilməsi heç də yaxşı fikir deyil.

    “Baxmayaraq ki, mənim görüşdüyüm səhmdarlar Tesla-nın özəl şirkətə çevrilməsi ehtimalında şirkətdə qalacaqlarını bildirsələr də, onların üzlərində “xahiş edirik bunu etmə” ifadəsi var idi” – deyə Musk bildirib. Bundan əlavə olaraq Musk qeyd edib ki, Tesla-nın özəl şirkətə çevrilməsi prosesi daha qəliz olacaq və onun diqqətini hal-hazırki işlərdən ayıracaq. Musk qeyd edib ki, şirkət hal-hazırda maliyyə stabilliyinə ehtiyac duyur. Onun sözlərinə əsasən Tesla indi Model 3-ün istehsalına öz diqqətini ayırmalı və gəlir gətirməlidir. “Bütün bu faktorlardan sonra mən şirkətin direktorlar şurası ilə görüşdüm və qeyd etdim ki, Tesla-nın ictimai şirkət kimi qalması fikri daha yaxşıdır. Direktorlar şurası isə bu fikri tam dəstəkləyib” – deyə Musk bildirib.



Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar