Twitter Elon Musk adı ilə olan istifadəçi hesablarını bloklamağa başlayıb



    Twitter öz istifadəçi adlarını Elon Musk-a dəyişmək istəyən insanları bloklamağa başlayıb. Belə ki, təsdiqlənməmiş və hansısa telefon nömrəsinə bağlı olmayan hesabların istifadəçiləri SpaceX Tesla şirkətlərinin CEO-sunun adı vasitəsilə mənfəət qazanmaq istəyirlər. Bir neçə müddət bundan öncə bəzi istifadəçilər Elon Musk adından istifadə edərək digər insanlardan efir kriptovalyutası istəyirdilər.

    Beləliklə bu dələduzluq hadisəsi o qədər məşhurlaşdı ki, Twitter rəhbərliyi buna son qoymağı qərara verdi. Elon Musk-ın özü də bu hadisəyə reaksiyasını bildirib. O qeyd edib ki, bu cür dələduzluq sxeminin müəlliflərini tanımaq istərdi. Bundan əlavə olaraq o bu sxemi kreativ adlandırıb. Qeyd etmək lazımdır ki, bu cür istifadəçi hesablarının bloklanması Twitter-in yeni alqoritmi sayəsində sürətli şəkildə baş verir. Lakin bununla belə təsdiqlənmiş istifadəçi hesabları hələ də özlərinə Elon Musk adını qoya bilərlər. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar