Tesla şirkətinin CEO-su Elon Musk-ın sözlərinə əsasən onun şaquli qalxış və eniş özəllikli elektrikli təyyarəsi istənilən analoqdan daha yaxşı olacaq. Elektrikli təyyarənin özü isə yüksək hündürlükdə sürətli uçuşlar üçün nəzərdə tutulacaq. Musk qeyd edib ki, şaquli qalxış və eniş üçün istifadə olunan sistemlər əsasən sürətli uçuşlar üçün yaramır. Onun fikrincə bu cür aparatlarda enerji hündürlük yığmaq üçün istifadə olunur. Eniş və və uçuşlar üçün isə Yer kürəsinin qravitasiya gücündən istifadə olunur.
Bununla belə Musk qeyd edib ki, elektrikli təyyarə layihəsi onun üçün prioritetli deyil. “Elektrikli avtomobillər, günəş enerjisi və enerjinin daim saxlanması vacibdir. Təyyarəni sonraya saxlayarıq” – deyə Musk bildirib. Ümumilikdə o həmçinin insanlığın qazıntı yanacaqlardan asılılığını tənqid edib və təbii enerji mənbələrinə sürətli keçidin vacibliyini qeyd edib. “Uzunmüddətli perspektivdə neft bitəcək. Biz davamlı energetik nəqliyyat infrastrukturu yaratmalıyıq. Bu hələki ləng şəkildə reallaşır” – deyə Musk əlavə edib. Qeyd etmək lazımdır ki, Musk-ın bütün layihələri reallaşmır. Bu baxımdan onun elektrikli təyyarə yaradıb-yaratmayacağı sual altında qalır.