Tesla şirkətinin səhmdarları Elon Musk'ı məhkəməyə verdilər: Səbəb nədir?



    Tesla şirkətinin səhmdarları Elon Musk-a qarşı məhkəmə iddiası qaldırıblar. Buna səbəb isə Musk-ın Twitter hesabında Tesla şirkətini özəl şirkətə çevirmək üzrə paylaşımları olub. Kollektiv məhkəmə iddiası San Fransiskonun federal məhkəməsində qaldırılıb. Məhkəmə iddiasını qaldırmış səhmdarların fikrincə Musk Twitter hesabında əsassız məlumatlar verməklə bazardakı səhm qiymətlərinin ani dəyişikliklərinə səbəb olub. Bu isə dəyərli kağızlar üzrə qanunvericiliyə zidd addımdır.

“Musk maliyyələşdirməni təmin etmədiyinə və əsassız məlumatlar verdiyinə görə Tesla səhmdarlarının satıcıları qiyməti süni şəkildə qaldırılmış səhmləri alaraq öz mövqelərini bağlamalı oldular” – deyə səhmdarlardan biri qeyd edib.

    Tesla şirkəti isə öz növbəsində məhkəmə iddiası barəsində fikir bildirməkdən imtina edib. Onu da qeyd etmək lazımdır ki, Musk şirkətin ən böyük səhmdarıdır. Belə ki, o, səhmlərin 20%-nə sahibdir. Bir neçə gün bundan öncə Musk Twitter-də qeyd etdi ki, şirkət səhminin birini 420$-dan alaraq onu özəl şirkətə çevirməyi planlaşdırır.


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar