Pentaqon hərbi süni zəkanın yaradılmasına start verib



    Süni zəkanın hərbi ehtiyaclar üçün istifadə olunması sualı birinci il deyil ki, ciddi müzakirələrdə səsləndirilib. Bu məsələ barəsində ABŞ-ın hərbi idarəsi də düşünüb. Hələ 2016-cı ildə bu məsələ ilə bağlı yaradılmış xüsusi komissiya süni zəkanın hərbi sahədə istifadəsi barəsində düşünürdü. Lakin indi hərbçilər düşüncədən hərəkətə keçiblər. Belə ki, onlar Birləşmiş süni zəka mərkəzi yaradıblar. Həmin mərkəz güclü hərbi süni zəkanın yaradılmasında əsas rolu oynayacaq.

    Təbii ki, "Terminator" filmindən olan Skynet-in yaradılmasından hələki söz gedə bilməz. ABŞ-ın Müdafiə Nazirliyi hələki ABŞ Konqressinə Birləşmiş süni zəkanın maliyyələşdirilməsi ilə bağlı sorğu göndərib. Tələb olunan məbləğ 1.7 milyard dollardır. Bu sahə üzrə layihələrin reallaşdırılması isə 6 il üçün nəzərədə tutulub.

“Süni zəka sahəsindəki tədqiqatlar gələcəkdə hərbi əməliyyatların keçirilməsini tamamilə dəyişəcək. Hərbçilərə süni zəka üçün yeni yanaşma tərzi lazımdır hansı ki, yeni hərbi məhsulları tez bir zamanda sürətli şəkildə inteqrasiya edə biləcək. Bu isə öz növbəsində müharibənin ənənəvi gedişatını dəyişəcək” – deyə ABŞ-ın müdafiə nazirinin müavini bildirib.

    ABŞ-ın hərbi idarəsinin bu cür optimist fikirlərinə baxmayaraq bir çox insanlar (hətta süni zəka sahəsində çalışan şəxslər də) hərbçiləri dəstəkləmirlər. Belə ki, bir çox mütəxəssislərin fikrincə insanın qətlə yetirilib-yetirilməməsinə robot qərar verməməlidir. Lakin ABŞ hökümətinin və Müdafiə Nazirliyinin bir qədər fərqli düşüncələri var. Onların fikrincə süni zəka hərbi sahənin gələcəyinin qaçılmaz hissəsi olacaq. 


Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar