ABŞ-ın hərbi akademiyasında maraqlı təcrübi dərs keçirilib. Həmin təcrübi dərsdə Bina48 adlı robot tələbələrə fəlsəfə üzrə dərs keçib. Fəlsəfə professoru William Barry artıq bir neçə ildir ki, Bina48 adlı robot ilə çalışır. Robotun köməyi ilə Barry öyrənmək istəyir ki, süni zəka tələbələrin maraqlarını itirmədən humanitar fənlər üzrə dərs keçə bilər yoxsa yox. Bina48 etik fəlsəfə üzrə hələki 2 seminar keçirdib. Həmin seminarlarda gələcək hərbi xidmətçilər etik normalar, ədalətli müharibə və süni zəkanın istifadəsi mövzularında müzakirələr aparıblar.
Dərslərin keçirilməsindən öncə Bina48 robotuna dərs planı və müharibə nəzəriyyəsi üzrə məlumatlar yüklənib. Həmin məlumatlar əsasında robot dərs keçməklə yanaşı həmçinin tələbələrin suallarına da cavab verməyi bacarıb. “Dərsin keçirilməsindən öncə biz düşünürdük ki, bu, əyləncə xarakteri daşıyacaq. Təsəvvür edin ki, tələbələr keçirilən dərsləri qeyd etdikləri və robotun suallara cavab verdiyini görəndə mən necə də təəccüblənmişdim” – deyə William Barry bildirib.