Tesla'nın yeni süni zəka çipi avtomobilləri tamamilə pilotsuz səviyyəyə qaldıra bilər



    Tesla artıq uzun illərdir ki, gizli şəkildə süni zəka çipi üzərində çalşır. Bu işə startı is AMD mikroprosessorlarını yaratmış əfsanəvi Jim Keller vermişdi. Tesla şirkətinin avtomobillər seriyasına yeni çip növbəti 6 ay ərzində quraşdırılacaq. Beləliklə şirkətin yaratdığı yeni texnologiya Nvidia şirkətinin texnologiyasını əvəz edəcək. Elon Musk-ın sözlərinə əsasən Tesla tərəfindən yaradılmış yeni süni zəka çipi avtopilot effektivliyini 500-2000% qaldıracaq.

    Keçən ilin sonunda Elon Musk bildirmişdi ki, Tesla şirkəti pilotsuz avtomobillər üçün nəzərdə tutulmuş ən yaxşı süni zəka texnologyasını yaradır. Lakin həmin vaxtda yaradılan yeni texnologiyanın hansı imkanları verəcəyi barsində heç bir məlumat verilməmişdi. Lakin bu cür bəyanatı Tesla şirkətinə Jim Keller-in gəlişi ilə birləşdirmiş bir sıra mütəxəssislər düşünmüşdülər ki, Tesla özünün mikrosxemlərini istehsal etmək niyyətindədir. Avqust ayında isə Musk təsdiq etmişdi ki, Tesla artıq uzun müddətdir ki, avtopilot sistemli avtomobillər üçün özünün süni zəka texnologiyasını yaratmaqla məşğuldur.

    Musk öz Twitter hesabında bildirib ki, Tesla tərəfindən hazrlanan yeni çipin performansı hal hazırda istifadə olunan Nvidia texnologiyasından fərqli olaraq 500-2000% daha yüksək olacaq. Bundan əlavə olaraq o, yeni texnologiyanın avtomobillərdə nə zaman istifadəyə veriləcəyi barəsində məlumat da verib. Onun sözlərinə əsasən Tesla-nın avtomobillərinə yeni texnologiyanı artıq növbəti 6 ay ərzində quraşdıracaqlar. Müştərilər üçün bu, əsas kompüterin heç də qəliz olmayan dəyişilmə prosesi kimi olacaq. Belə ki, avtomobilin daxilindəki bütün girişlər və naqillər olduqları kimi qalacaqlar. Sadəcə olaraq onlara yeni çip quraşdırılacaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar
valorant private cheats