Almaniya süni zəka sahəsinin inkişafına 3 milyard avro ayıracaq



    Almaniya höküməti ABŞ ilə Çinin süni zəka sahəsindəki inkişafdan narahat vəziyyətdədir. Sünii zəka texnologiyaları ənənəvi sahələri və biznes modellərini dəyişir. Bu halda digər ölkələrdən geridə qalmaq bir qədər təhlükəli vəziyyət alır. Lakin Almaniya bu texnologiyanı müəyyən ehtiyyatla öz sahələrinə inteqrasiya edəcək. Bundestaq (Almaniyanın xalq nümayəndələrinin birpalatalı orqanı) süni zəka texnologiyasının Almaniyaya inteqrasiya olunması üzrə yeni planı təqdim edib.

    Beləliklə təqdim olunmuş sənədlərdəki məlumatlara əsasən 2025-ci ilə kimi Almaniya süni zəka texnologiyasının inkişafına 3 milyard avro vəsait ayıracaq. Layihəyə artıq sabahdan baxılacaq. Almaniya hökuməti ümid edir ki, ayrılacaq vəsait xarici investorların, alimlərin və sahibkarların sayəsində ikiqat artacaq. Layihənin müəllifləri heç gizlətmirlər ki, Almaniya süni zəkanın inkişaf tempi barəsində ABŞ-dan və Çindən geridə qalıb. Məlumata əsasən Almaniya hökuməti 10-a süni zəka tədqiqat mərkəzi və universitet tələbələri üçün bu sahədə yüzlərlə kurslar yaratmağı planlaşdırır.

    Bir neçə müddət bundan öncə Almaniyanın sosial-demokratik partiyasının baş katibi Lars Klingbeil süni zəka texnologiyasının inteqrasiya olunması üçün bir neçə milyard vəsaitin ayrılmasına dövləti səsləmişdi. Onun fikrincə Almaniya hal hazırda miqrasiya probleminə çox diqqət ayırdığı bir vaxtda digər ölkələr süni zəka texnologiyasına milyardlarla dollar vəsait yatırırlar. Almaniyada hələ elə biir süni zəka startapı yaradılmayıb ki, o, ABŞ və Çin startapları ilə rəqabət apara bilsin.

    Reuters saytı Almaniyanın bu sahədə digər ölkələrdən geridə qalmasını artıq köhnəlmiş infrastruktur və ölkənin məlumatların qorunması ilə bağlı sərt qaydları ilə əlaqələndirir. Lakin Almaniyanın tez bir zamanda qərarlar qəbul etmək istəyinə baxmayaraq Bundestaq qeyd edib ki, o, qərarları həmçinin ehtiyyatla qəbul edəcək. Almaniyanın süni zəka inteqrasiyası üzrə strategiya planını hazır etmiş müəlliflər qeyd ediblər ki, süni zəkanın yaradılmasında texnologiyaların sosial məsələləri və onların əmək bazarına təsirləri də nəzərə alınacaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar