Mark Zuckerberg Facebook şirkətində idarəedici vəzifədə olan top menecerləri “müharibə şəraiti”-də qərarların verilməsi baxımından daha əzmli olmağa çağırıb. Bu cür bəyanatı Zuckerberg bu ilin İyun ayında keçirilmiş görüşdə verib. Həmin görüşdə şirkətin 50 top meneceri iştirak etmişdi. Bu barədə The Wall Street Journal saytı xəbər verib. Məlumata əsasən həmin görüşdə Zuckerberg bildirmişdi ki, adi vaxtda menecerlər direktorlar şurasının məsləhətlərinə qulaq asaraq məsuliyyətli qərarların qəbul olunmasında tələsməyə bilərlər. Lakin indiki vaxtda Facebook investorlar, dövlət orqanları və narazı istifadəçilər tərəfindən güclü təzyiq altındadır.
Zuckerberg menecerləri sosial şəbəkə istifadəçilərinin saylarının artması üzrə ləngimə və platformanın təhlükəsizlik mövzusunda problemləri operativ şəkildə həll etməyə çağırıb. Bununla yanaşı o, 2018-ci ildə Facebook şirkətinə qarşı olmuş böyük sayda neqativ fikirlərə necə reaksiya bildirməsi üzrə məyusluğunu da qeyd edib. The Wall Street Journal-ın məlumatına əsasən Zuckerberg-in yeni strategiyası bir sıra top menecerlərin istefasına və onun, şirkətin əməliyyatlar üzrə direktoru Sheryl Sandberg ilə fikir ayrılığına gətirib çıxardıb. Zuckerberg-in yeni strategiyası nəticəsində öz vəzifələrindən kimlərin istefa etdikləri hələki bilinmir.