Samsung şirkəti orta qiymət göstəricisinə, ikili arxa kameraya və qeyri adi dizayna sahib Galaxy A6s modelini təqdim etdi. Bu smartfon Samsung-un ilk modelidir ki, kənar şirkət tərəfindən istehsal edilir və büdcəli seqmentə aid olunur. Maraqlısı ondadır ki, Galaxy A6s modelini Samsung üçün Wintech şirkəti istehsal edəcək. Həmin şirkət həmçinin Xiaomi üçün də smartfon modellərini istehsal edir.
Əsas texniki göstəricilər baxımından Galaxy A6s modeli 18:9 nsbətli Full HD+ keyfiyyətli 6 inç ekran, 8 nüvəli Snapdragon 660 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş 3300 mAh enerji tutumlu batareya, 12 MP + 5 MP ikili arxa kamera və 12 MP-lik ön kamera ilə təchiz olunub.
Smartfonun barmaq izi skanı texnologiyası arxa paneldə yerləşir. Galaxy A6s Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Samsung-un yeni büdcəli smartfonu 1 Noyabr tarixindən Çində satışa çıxacaq. 64 GB daxili yaddaşa sahib versiya 260$, 128 GB daxili yaddaşa sahib versiya isə 320$ qiymətinə satılacaq. Galaxy A6s-in qlobal bazara nə zaman çıxacağı barəsində isə heç bir məlumat yoxdur.