Büdcəli Galaxy S10 Lite modelinin məlumatları ortaya çıxdı



    Artıq məlumdur ki, Samsung şirkəti Galaxy S10 seriyasını 3 model smartfon ilə təqdim edəcək. İndi isə internetdə Galaxy S10 Lite modeli barəsində məlumatlar ortaya çıxıb. Smartfon haqqında məlumatları məşhur konsept dizayner Ben Geskin paylaşıb. Onun sözlərinə əsasən Galaxy S10 Lite yastı Infinity-O ekranla təchiz olunacaq. Smartfon həmçinin Qualcomm prosessoruna, 4/6 GB RAM-a, 64/128 GB daxili yaddaş həcminə və ikili arxa kameraya sahib olacaq. Lakin smartfonun Snapdragon 845 yoxsa Snapdragon 8150 ilə təchiz olunub-olunmayacağı bilinmir. Bununla yanaşı məlumatda qeyd olunub ki, smartfonun barmaq izi skanı texnologiyası cihazın kənar hissəsində yerləşəcək. Smartfon təqribi olaraq 650-750$ civarında satılmalıdır. Lite versiya adi S10 S10+ modelləri ilə birlikdə gələn ilin əvvəlində təqdim olunacaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar