Samsung şirkəti Çində keçirilmiş xüsusi tədbir çərçivəsində qapaqlı W2019 flaqman smartfonunu təqdim edib. Orijinal qapaqlı formatdan əlavə olaraq smartfon fiziki klaviatura, ikili kamera və flaqman özəlliklərə sahibdir. Beləliklə smartfon 4.2 inç-lik 2 ədəd Full HD keyfiyyətli Super AMOLED ekranla təchiz olunub. Smartfonun şüşə gövdəsi isə Gorilla Glass qoruyucu şüşəsi ilə əhatə olunub. Əsas texniki göstəricilərə gəldikdə isə W2019 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 6 GB RAM, 128/256 GB daxili yaddaş (microSD dsətəkli) və 3070 mAh enerji tutumlu batareya ilə təchiz olunub.
Smartfon 12 MP-lik ikili arxa kameraya sahibdir. Əvvəlki modeldə olduğu kimi bu ilki modeldə də əsas kamera modulunun diafraqma göstəricilərini dəyişmək olar. Belə ki, əsas kamera modulunda f/1.5-dən f/2.4 diafraqmasına keçid etmək mümkündür. İkinci kamera modulu f/2.4 diafraqma göstəricisinə sahibdir. İkili arxa kameranın özəllikləri arasında optik stabilizasiya, ikiqat zoom, saniyədə 60 kadr sürətlə 4K və 960 FPS-lə slow-mo viedoların çəkilməsi var.
Smartfonun kənar hissəsində həmçinin barmaq izi skanı texnologiyası və Bixby səsli köməkçisini işə salmaq üçün nəzərdə tutulmuş xüsusi düymə yerləşir. Samsung W2019 smartfonu Samsung Experience interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Şirkət smartfonun qiyməti və satış tarixi barəsində heç bir məlumat verməyib. Lakin çox güman ki, Samsung W2019 eksklüziv olaraq Çinin daxili bazarında satılacaq. Onun minimal qiyməti isə təqribi olaraq 1500$-dan çox olacaq.