Slayder formatına və 10 GB RAM'a sahib Xiaomi Mi Mix 3 rəsmi olaraq təqdim olundu



    Xiaomi şirkəti rəsmi olaraq özünün yeni çərçivəsiz flaqman modeli olan Mi Mix 3 modelini təqdim etdi. Bu smartfon şirkətinin ilk modelidir ki, slayder formatında hazırlanıb. Mi Mix 3 bu dəfə ekran üzərində çıxıntı hissəsiz istehsal edilib. Smartfonun çərçivələri maksimal dərəcədə nazikdir. Buna görə də onun ekranı cihazın ön panelinin 93.4%-ni əhatə edir. Smartfon 19.5:9 nisbətli Full HD+ keyfiyyətli 6.39 inç AMOLED ekran ilə təchiz olunub. Smartfonun konstruksiyası slayder formatında hazırlanıb və ekranın aşağı sürüşməsi maqnit mexanizm sayəsində reallaşır.


    Əsas texniki göstəricilərə gəldikdə isə Mi Mix 3 8 nüvəli Snapdragon 845 prosessoru, Adreno 630 qrafik sürətləndirici, 6/8/10 GB RAM, 128/256 GB daxili yaddaş və Quick Charge 4+ sürətli enerji yığma özəllikli 3850 mAh enerji tutumlu batareya (naqilsiz şarj texnologiyalı) ilə təchiz olunub. Yeni modeldə kamera göstəriciləri də təkmilləşdirilib. Belə ki, Mi Mix 3 arxa paneldən 12 MP (f/1.8 diafraqmalı) + 12 MP (f/2.4 diafraqmalı) ikili arxa kameraya və ön paneldən 24 MP + 2 MP (HDR dəstəkli) ikili ön kameraya sahibdir. Arxa paneldəki əsas 12 MP-lik kamera modulu 4 oxlu optik stabilizasiyanı və Dual Pixel avtofokusunu dəstəkləyir. Kameralar həmçinin yaxşı işıqlandırılmamış mühitdə keyfiyyətli fotolar çəkməyi bacarır, kadrdakı səhnələri təyin edərək onlara optimal çəkiliş rejimlərini təqdim edən süni zəka texnologiyasını dəstəkləyir və saniyədə 960 kadr sürətlə Super Slow-Mo videolar çəkə bilirlər.


    Smartfon həmçinin Xiao AI adlı səsli köməkçini aktiv etmək üçün sol tərəfdən ayrıca düyməyə də sahibdir. Mi Mix 3-ün PC qoşulması və şarj prosesi USB Type-C girişi vasitəsilə reallaşdırılır. Bütün gözləntilərə baxmayaraq barmaq izi skanı texnologiyası smartfonun ekranına inteqrasiya olunmayıb. O, smartfonun arxa panelində yerləşir. Smartfonun artıq ön sifarişlərinə start verilib və Çin bazarında 1 Noyabr tarixindən satışa çıxacaq. Beləliklə 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 475$, 8 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya 520$, 8 GB RAM və 256 GB daxili yaddaşa sahib versiya 575$, 10 GB RAM, 256 GB daxili yaddaşa və komplektdə naqilsiz şarj cihazına sahib versiya 720$ qiymətinə satılacaq və Noyabr ayının sonunda satışa çıxacaq.

Proqramlar, son yeniliklər telegramda
Detallı məlumat

Biz sosial şəbəkələrdə
Sayğaclar